Şok! “Bakı”nın oyunu qumara qoyulub-“Villiam Hill” imtina etdi
Bizi izləyin

İdman

Şok! “Bakı”nın oyunu qumara qoyulub-“Villiam Hill” imtina etdi

Şok! “Bakı”nın oyunu qumara qoyulub-“Villiam Hill” imtina etdi

Hazırlığı İspaniyada keçən “Bakı” bir neçə gün əvvəl Rumıniya “Styaua”sı ilə yoxlama oyununda üz-üzə gəlmiş, 2:0 hesablı qələbə qazanmışdı.

Publika.az-ın əldə etdiyi məlumata görə, Rumıniya klubu təmsilçimizlə yoxlama matçını qumara qoyub.

Rumıniya klublarının bukmeker kontorları ilə əlbir işlədiyi, ya da oyunlarını çox vaxt qumara qoyması yeni xəbər deyil. Ancaq “Styaua”nın bu addımı dünyaca məşhur “Villiam Hill” bukmeker kontorunun səbr kasasını daşırıb.

Böyük Britaniyanın bukmeker kontoru “Bakı” ilə yoxlama oyunundan sonra “Styaua”nın oyunlarına öz əmsallarını açıqlamamaq qərarına gəlib. Bir sözlə, məşhur kontor Rumıniya klubu ilə əməkdaşlığa son qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm