Keşiş mundialı geylərin yarışı adlandırdı
Bizi izləyin

İdman

Keşiş mundialı geylərin yarışı adlandırdı

Keşiş mundialı geylərin yarışı adlandırdı

Rusiyalı keşiş Aleksandr Şumskiy Braziliyada keçirilən dünya çempionatını və müasir futbolu bütövlükdə tənqid edib.

Publika.az xəbər verir ki, keşiş Aleksandr Şumskiy bildirib ki, Braziliyada keçirilən futbol bəşəriyyətin əxlaqi-ənənəvi dəyərlərini əks etdirir:

“Tribunalarda oyunçulara dəstək olan, qışqıran insanlara, təlxək kimi geyinmiş tamaşaçılara baxın. Futbolçular çəhrayı, sarı və yaşıl idman ayaqqabıları ilə diqqəti cəlb edir. Bu isə geylərin göy qurşağını təmsil edir. Əsl kişinin oynamalı olduğu qara idman ayaqqabısında bir nəfər də yoxdur.

Qeyri-adi saç düzümlü futbolçulara bir baxın. İrokez saç düzümlü, ayağında çəhrayı idman ayaqqabısı olan qara dərili futbolçunu təsəvvür edin. İyrənc mənzərədir. Kişiyə çəhrayı və ya mavi idman ayaqqabıları geyindirmək, qadın alt paltarları geyinmək kimi bir şeydir”.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm