Azərbaycanın atletika tarixinin rekordu Mərakeşdə qırıldı
Bizi izləyin

İdman

Azərbaycanın atletika tarixinin rekordu Mərakeşdə qırıldı

Azərbaycanın atletika tarixinin rekordu Mərakeşdə qırıldı

Mərakeşdə atletika üzrə Dünya Kuboku (İAAF Continental Cup) yarışı keçirilir.

Yarışda Azərbaycan idmançıları da çıxış edirlər. Publika.az xəbər verir ki, idmançımız Hayle İbrahimov 3 min metr məsafəyə qaçışda gümüş medal qazanıb.

Hayle İbrahimova finişi 7 dəqiqə 53 saniyəyə qət edib. Bu, Azərbaycanın atletika tarixində əldə edilmiş rekord nəticədir.

Xatırladaq ki, avqustda İsveçrənin Sürix şəhərində keçirilən Avropa çempionatında Hayle İbrahimov 5 min metr məsafəyə qaçışda gümüş medal qazanmışdı.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm