Onun “fatihə”sini verdi
Bizi izləyin

İdman

Onun “fatihə”sini verdi

Onun “fatihə”sini verdi

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi, Türkiyənin tanınmış futbol mütəxəssisi Müstafa Dənizli açıqlaması ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, Dənizli “Fənərbaxça” – “Qaziantepspor” oyunundan sonra Emmanuel Emenike ilə Əmrə Bələzoğlu və tərəfdarlar arasında yaşanan söz davasını tənqid edib. Bunun heç də etik olmadığını dilə gətirib. Dənizli nigeriyalı legionerin mövsümü “Fənərbaxça”da başa vurmasının mümkün olmayacağını dilə gətirib:

“Emenike daha “Saracoğlu”da oynaya bilməz. Bunu çox iddialı şəkildə vurğulayıram. Bu, Sou ilə Dieqo arasında baş verən problemdən tamam fərqlidir. Emenike “Fənərbaxça”nın kapitanına ilişir. Amma o sarğını daşıyan adam sənə söz deyə bilər, buna haqqı da çatır.

Emenike orada sadəcə, “oldu, kapitan!” deyə bilərdi. Üstünə çox getmək istəmirəm. Bu hərəkəti onun “gediş” imzası idi. Emenike mövsümü “Fənərbaxça”da tamamlaya bilməyəcək. Bunu təcrübəmə əsasən deyirəm. O, dövrələrarası fasilədə komandadan gedəcək”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm