İdman
Azərbaycan üçün 6,55 milyon avro
“AVRO-2016”-nın seçmə mərhələsində mübarizə aparan
yığmaların qiymətlərini açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə “Sport-ekspress” nəşri məlumat verib.
Milli komandamızın da yer aldığı qiymətləndirmə siyahısında ən yüksək nəticə İspaniya milllisinə aiddir.
Millilər qiymətləndirməyə görə 9 qrupa bölünüblər. Azərbaycan millisi bu sıralamada 53 komanda arasında 45-ci yerdə qərarlaşıb. Yığmamızın ümumi qiyməti 6,55 milyon avrodur. İspaniya kollektivi isə 505 milyon avroluq heyəti ilə ilk pillənin sahibi olub.
İtaliya 330,5 milyon avroluq heyəti ilə 3-cü qrupdadır. Ümumi sıralamada isə o, 6-cı yerdədir.
Xorvatiya millisi 251,6 milyon avro ilə 4-cü qrupda, ümumilikdə isə 7-ci pillədə qərarlaşıb.
Noyabrın 16-da Bakıda qəbul edəcəyimiz Norveç yığması isə 6-cı qrupda yer alıb. Komanda 42,7 milyon avroluq heyəti ilə 28-ci sıradadır.
Bolqarıstan millisinin heyəti isə 37,4 milyon avro dəyərindədir. Rəqibimiz Norveç kimi 6-cı qrupda, ümumilikdə isə 31-ci yerdədir.
Rəqiblərimizdən ən ucuz heyət Malta yığmasındadır. Bu millinin heyəti 2,40milyon avrodur. Sıralamada isə 49-cu pillədədir.
“Avro-2016”-nın ev sahibi olan Fransa isə 9-cu qrupdadır.
Komanda ümumi sıralamaya salınmayıb.
Aygün
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO