Hakimlər Komitəsinin sədri istefa verdi
Bizi izləyin

İdman

Hakimlər Komitəsinin sədri istefa verdi

Türkiyə Futbol Federasiyasının (TFF) Hakimlər Komitəsinin sədri dəyişib.

Publika.az xəbər verir ki, bu vəzifədə son olaraq Zəkəriya Alp fəaliyyət göstərirdi.

İstefa verən Alpı bu postda Yusif Namoğlu əvəzləyəcək. Gözlənilməz istefa ilə bağlı isə TFF rəsmi açıqlama verib:

“Zəkəriya Alpın istefası Türkiyə futbolunda olan problemləri bir daha sərgiləməkdədir. Cənab Alp düzgünlüyü və tərəfsizliyi ilə bir çoxlarının etimadını qazanmışdı. Onun kimi futbol adamları məruz qaldıqları təzyiq nəticəsində işləyə bilməyəcək vəziyyətə gəlmişlər. Ümid edirik ki, heç kəs futbolda mübahisə doğuracaq zəmin yaratmağa icazə verməyəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm