İdman
Velosipedçimiz ikinci oldu
Azərbaycanın şose velosipedi üzrə elit yığması və
“Synergy Baku” kontinental komandasının üzvü Maksim Averin
Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ)
1.2 kateqoriyalı birgünlük “Umag Trophy” yürüşündə uğurla çıxış
edib.
Publika.az-ın məlumatına görə, o, 161 kilometrlik məsafəni 3
saat 25 dəqiqə 16 saniyəyə başa vuraraq 2-ci yeri tutub.
Yağışlı hava şəraitində baş tutan yürüşün son 20 kilometri
xüsusilə çətin alınıb. Belə ki, ardıcıl toqquşmalar bir neçə
velosipedçinin yarışı yarımçıq dayandırması ilə nəticələnib.
Velosipedçimiz bütün bu toqquşmalardan qaça bilib və finişi 10
nəfərdən ibarət pelotunun içərisində keçib. Fotofinişə əsasən,
velosipedçimiz yekun sıralamada 2-ci olub. Bu isə Maksim Averinə
“Rio-2016” Yay Olimpiya Oyunları üçün aktivinə daha 30 reytinq xalı
yazmağa imkan verib. Xatırladaq ki, idmançımız martın 1-də
Xorvatiyada təşkil olunmuş digər yarış – “İzola” Qran-prisində 5-ci
olmaqla 10 xal qazanmışdı.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO