• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Barsa"dan açıqlama - Messi gedir?

  • İdman
  • 9 Mart 2015 17:38
  • 676 Baxış
"Barsa"dan açıqlama - Messi gedir?

"Barselona"nın transfer məsələlərinə məsuliyyət daşıyan rəsmilərindən Ariedo Braida Lionel Messi və Kataloniya klubuna transferi gündəmdə olan Pol Poqbayla bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Braida belə deyib:

“Barselona"nın həmişə zirvədə yer alması üçün böyük oyunçulara ehtiyacı var. Bu, klubun təməl prinsiplərindən biridir”.

Klub rəsmisi "Barsa"dan ayrılmaları gündəmdə olan üç futbolçu haqda da fikirlərini bildirib:

“Pedro komandamız üçün çox önəmli futbolçudur. Xavinin gələcəyi də "Barselona"da olmalıdır. Çünki o, çox yaxşı bir baş məşqçiyə sahibdi. Dani Alveşə gəlincə, hələ ki, onunla bağlı heç bir klubla görüşümüz olmayıb. "Real"la "el klassiko"ya qədər də bir görüş olmayacaq”.

Braida bir müddət əvvəl baş məşqçi Luis Enrikeylə münasibətləri pozulduğu üçün "Barsa"dan ayrılacağı söylənilən Messi haqda da danışıb:

"Futbolda qəribə şeylər yaşana bilər. İndi "Mançester Siti" kimi klublar var və sanki pulun heç bir dəyəri qalmayıb. Bəzən "olmaz" dediyiniz şeylər ola bilər. Amma ümid edirəm ki, Messi "Barselona"da qalacaq".

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR