Çempion məşqçi "Barselona"dan ayrılır?
Bizi izləyin

İdman

Çempion məşqçi "Barselona"dan ayrılır?

Cari mövsümdə "Barselona"ya bütün titulları (İspaniya çempionu, İspaniya kuboku, Çempionlar Liqası) qazandıran baş məşqçi Luis Enrike komandadakı gələcək taleyi haqda danışıb.

Publika.az xəbər verir ki, ispan mütəxəssis komandada qalb-qalmayacağı barədə qərar vermədiyini bildirib:

"Barselona"da əla mövsüm keçirdim. Mənə güvənən hər kəsə təşəkkür edirəm. "Barselona" ilə 3 kubok qazana biləcəyimi təsəvvür etmirdim. Lakin bunun üçün çox çalışdım. Komandada qalıb-qalmayacağım haqda hələlik qərar verməmişəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm