İKT
5-ci “Barama Hackathon” yarışması - Yaz buraxılışı (R)
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bank-ın dəstəyi ilə gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli “Barama Hackathon 2018” layihəsinə start verib.
Bütün dünyada “Hackhathon”lar adətən “Google”, “Netflix”,
“Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən
həyata keçirilir. Burada proqramçılar komanda şəklində müəyyən bir
mövzu ilə bağlı məhdud zaman çərçivəsində rəqəmsal resurslar
hazırlayır. Developerlərə təqdim olunan bu dəfəki mövzu – Azercell
müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və
platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın
yaradılmasıdır. 15 komandanın mübarizə aparacağı yarışa 5 May saat
09:00-da start veriləcək. 36 saat davam edəcək yarış 6 May saat
21:00-də dayandırılacaq. Bu müddət ərzində hazırlanan mobil
tətbiqlər 10 may tarixində münsiflər heyətinə təqdim olunacaq. I
yerin qalibi rəqəmsal məhsulun hazırlanmasına və Azercell-də
tətbiqinə görə şirkətlə 5000 AZN dəyərində müqavilə imzalamaq
şansını qazanacaq. II və III yerin qalibləri isə PAŞA Bank və
Barama tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.
Müsabiqədə iştirak etmək istəyən proqramçılar 02.05.2018 tarixinə
qədər hackathon.barama.az saytına daxil olaraq qeydiyyat
formasını doldurmalıdırlar.
Layihə çərçivəsində komandaların qida təlabatı Özsut restoranlar şəbəkəsi, tədbirin Media dəstəyi isə technote.az portalı və Barama Media tərəfindən təmin ediləcək.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO