Ekopublika.az
Türkiyədə Azərbaycanın sığorta-pensiya sisteminin təqdimatı
Türkiyədə Azərbaycanın sığorta-pensiya sisteminin informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarə olunması barədə təqdimat keçirilib. Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan publika.az-a verilən məlumata görə, Dünya Bankının təşkilatçılığı ilə keçirilən Avropa və Mərkəzi Asiya ölkələri üzrə Regional Forumun mövzusu “İnformasiya sistemlərinin İdarə edilməsi və sosial müdafiə proqramlarının modernləşdirilməsi” olub.
Forumda Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları iştirak edib.
Forumun gedişində region ölkələrinin sığorta-pensiya sistemlərində informasiya kommunikasiya texnologiyalarının tətbiqi, mərkəzləşdirilmiş informasiya sistemlərinin yaradılması və təkmilləşdirilməsi və bu kimi digər məsələlər üzrə müxtəlif ölkələrin təcrübəsi, nailiyyətləri və problemləri barədə təqdimatlar edilib, müzakirələr aparılıb.
Forumda Dövlət Sosial Müdafiə Fondunun İnformasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Azərbaycanın sığorta-pensiya sisteminin informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarə olunması mövzusunda təqdimatla çıxış edib. Azərbaycanın sığorta-pensiya sistemində informasiya kommunikasiya texnologiyalarının tətbiqi üzrə təcrübəsi tədbir iştirakçılarında böyük maraq doğurub.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO