"Ferrari”nin rəhbəri işdən çıxır
Bizi izləyin

Ekopublika.az

"Ferrari”nin rəhbəri işdən çıxır

“Ferrari”nin rəhbəri Luca Cordero de Montezemolo oktyabrın 13-dən vəzifəsindən gedəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, 1970-ci ildən “Ferrari”də işə başlayan Montezemolo 1991-ci ildə direktor vəzifəsinə keçib. “Formula 1”də çox sayda zəfər qazanan komandanın rəhbəri olub. Montezemolonun təqaüdə çıxmaq qərarına elə “Formula 1”dəki müvəffəqiyyətsizliyin səbəb olduğu deyilir. Bundan əlavə, irəli sürülən versiyalardan biri də onun “Ferrari”nin hissələrinin 90 faizinə sahib olan “Fiat”ın direktoru Sergio Marchionne ilə yola getməməsidir.

Montezemolonun “Ferrari”dəki vəzifəsini isə Marchionne təhvil alacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm