Azərbaycanda kim nə qədər maaş alır? – RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda kim nə qədər maaş alır? – RƏSMİ AÇIQLAMA

İlin əvvəlindən ölkədə muzdla isləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 444,4 manat təskil edib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, əmək haqqı neft sektorunda 1769,5 manat, qeyri-neft sektorunda 411,3 manat, dövlət bölməsində 348,7 manat, özəl bölmədə 578,5 manat təşkil edib. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin orta aylıq əmək haqqısı 7,7 faiz artaraq 704,5 manata çatıb. Əmək haqlarının daha çox artımı emal bölməsinin maşın və avadanlıqların quraşdırılması və təmiri, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin istehsalı, kimya, toxuculuq sənayesi, hazır metal məmulatlarının, içki istehsalı müəssisələrində müşahidə olunub.

Qeyri-dövlət bölməsində işçilərin orta aylıq əmək haqqı 8,6 faiz artaraq 846,3 manat təşkil edib. İnşaat bölməsində çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,5 faiz artaraq 655,7 manat olub. İxtisaslaşdırılmış tikinti işlərində işləyən işçilərin əmək haqları 28,3 faiz, mülki təyinatlı inşaat işlərində 7,1 faiz artıb.

O ki qaldı dövlət büdcəsindən maliyyələşənlərin əmək haqqlarının cari ildəki vəziyyətinə, 2015-ci ilin dövlət büdcəsində əməkhaqqı xərclərində ən çox artım (22 faiz) dövlət idarəetmə və hüquq-mühafizə sistemi işçilərinin payına düşür.

Təhsil, səhiyyə, mədəniyyət - incəsənət işçiləri də əvvəlkindən 3 faiz çox maaş alacaqlar. Nəzərə çatdıraq ki, ümumilikdə cari ilin büdcəsindən əməkhaqqı artımına 420 milyon manat ayrılıb. Ümumi artımın cəmi 11 faizi sosial sahəyə ayrılacaq. Həmin sahədə 500 min nəfərədək insan çalışır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm