• USD 1,7008 0,00% EUR 2,0342 0,00%
    • GBP 2,3097 0,00% RUB 0,0294 0,00%

Mayın 22-də bu yollar bağlanacaq - İslamiadaya görə

Mayın 22-də bu yollar bağlanacaq - İslamiadaya görə

Mayın 22-də - IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış Günü Bakıda bəzi yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Baş Polis İdarəsinin birgə keçirdiyi tədbirdə məlumat verilib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, oyunların bağlanış günü Heydər Əliyev prospektinin "Excelsior" hotelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin "Azneft" meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarında ümumi yol hərəkəti üçün bağlı olacaq.

Onun sözlərinə görə, bağlanış mərasimini izləmək üçün tamaşaçılar Bakı Olimpiya Stadionuna metro və BNA-nın müəyyən etdiyi ekspress xətt avtobuslar vasitəsilə gedə bilər.

Tamaşaçılar (saat 17.00-dan 20.00-dək) 3 ekspress xətt üzrə seçilən istiqamətlərdən - metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından Bakı Olimpiya Stadionuna çatdırılacaq. Mərasimdən sonra isə stadiondan evə gedən tamaşaçılar eyni şəraitdə daşınacaq.

K. Əliyev qeyd edib ki, mayın 5-dən bu günə qədər Bakı - 2017 IV İslam Həmrəyliyi ilə əlaqədar paytaxt yollarında qadağan olunmuş xüsusi zolağa daxil olan 1000-dən çox sürücü cərimələnib.

Onun sözlərinə görə, paytaxt yollarında bəzi hallarda yol polislərinin icazəsi ilə sürücülərin həmin zolaqlara çıxmasına icazə verilir. Belə ki, ərazidə tıxac və sıxlıqlar yaranması üçün bəzi hallarda yol polisləri sürücüləri həmin zolaqlara yönəldir və bu halda onlara protokol tərtib olunmur. Digər hallarda isə icazəsiz zolağa daxil olan avtomobillərin sürücüləri cərimələnirlər.

K.Əliyev bildirib ki, paytaxt sürücülərinə bununla bağlı müraciət edəndən sonra onlar bu qaydalara riayət edirlər.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>