İslamiadada MARAQLI HADİSƏ: nigeriyalı güləşçi qələbəsini belə qeyd elədi - - VİDEO
Bizi izləyin

İslamiada

İslamiadada MARAQLI HADİSƏ: nigeriyalı güləşçi qələbəsini belə qeyd elədi - - VİDEO

Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları idman mübarizəsi ilə yanaşı əsl bayramı əhval-ruhiyyəsi ilə yadda qalacaq.

İslamiadanın güləş yarışlarının keçirildiyi Heydər Əliyev adına İdman Arenasında maraqlı anlar yaşanıb. Arenada güləş yarışlarının son günü Nigeriyanın qadın güləşi üzrə yığma komandasının 55 kq çəki dərəcəsindəki təmçilçisi Odunayo Folasade Adekuoroye İslamiadanın qızıl medalını qazanmasını gözəl bir mahnı və rəqs ifası ilə qeyd edib. Onun bu ifası sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Qeyd edək ki, nigeriyalı Odunayo Folasade Adekuoroyenin qalib olduğu çəkidə Azərbaycan güləşçisi Natalya Sinişin gümüş, Türkiyə idmançısı Bediha Gün bürünc medal qazanıb.

Xatırladaq ki, 200 milyon əhalisi olan Nigeriya 4-cü İslam Həmrəyliyi Oyunlarında 2-si qızıl, 3-ü gümüş, 1-i bürünc olmaqla ümumilikdə 6 medal qazanaraq komandaların medal sıralamasında 17-ci yerdədir.

(milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm