• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Cazibədar aktrisanın 10 kişidən ibarət sevgili siyahısı – FOTOLAR

  • Layihə
  • 11 Avqust 2015 15:45
  • 3 612 Baxış
Cazibədar aktrisanın 10 kişidən ibarət sevgili siyahısı – FOTOLAR

Cennifer Eniston istedadlı aktrisa olsa da, Hollivudda onu daha çox Bred Pittin keçmiş həyat yoldaşı kimi tanıyırlar. Amma aktrisanın şəxsi həyatına nəzər salsaq, görərik ki, o, qəlbi geniş qadındır. Xüsusən də, sevgi məsələsində islaholunmaz dərəcədə nikbin olub. Bunu aktrisanın görüşdüyü kişilərin sayı ilə müəyyən etmək olar. Onun həyatında nə az, nə çox - düz 10 sevgilisi olub.

Publika.az-ın “Bizim tərcümə” layihəsinin bu həftəki sayında oxucularımızı bir neçə gün əvvəl toyu olan aktrisanın görüşdüyü kişilərin siyahısı ilə yaxından tanış edəcəyik.

Cenniferin həyatında həm ciddi, həm də yüngül və ötəri əyləncə xarakteri daşıyan sevgi macəraları olub. Ard-arda yaşanan uğursuz sevgi münasibətlərindən sonra aktrisa, nəhayət ki, ilahi sevgisinə qovuşub. Cenniferin bəxti üzünə gülüb, tale onu yaraşıqlı aktyor Castin Teri ilə mükafatlandırıb.

Bacı-qardaş münasibətindən kənara çıxdılar...

Cen və Çarli Şletter 1990-ci illərdə görüşüblər. Çarli Şletter Cennifer Enistonun ilk məşhur sevgilisi olub. Onlar "Feris Blyuller" serialının çəkilişlərində tanış olublar. Həmin serialda 21 yaşlı Eniston Çarlinin böyük bacısı rolunda oynayırdı. Çəkiliş meydançasından kənarda isə onlar bacı-qardaş münasibətindən çox-çox uzaqdaydılar. Çəkilişdə iştirak edən və bu sevgidən xəbərdar olanların sözlərinə görə, Cennifer həmin vaxtlar çox seksual qız idi. Bu çəkilişlərdə bir çox oğlanlar, o cümlədən Çarli də onun dərdindən dəli-divanə idi. Amma serialın finalı ilə ehtiraslı romanın bitməsi üst-üstə düşüb.

Hər hansı kişiyə görə dostluq münasibətlərini korlamaq lazım deyil

Cennifer Eniston və Adam Dyuriç: 1995-ci ildə görüşüblər. Musiqiçi və “Counting Crows” qrupunun yaradıcısı olan Adam Dyuriç aktrisanın həyatında elə də böyük rol oynamasa da, həyati əhəmiyyət kəsb edən bəzi məsələlərdə müəyyən nəticələr çıxarmasına səbəb olub. Məsələn, musiqiçi Adam Cenniferin “Dostlar” serialında birlikdə çəkildiyi həmkarı və rəfiqəsi Kortni Koksla görüşmək fikrinə düşüb. Lakin iki rəfiqəni birdən idarə etmək istəyən fərsiz kavaler sadəcə dostların gülüş hədəfinə çevrilir. Eniston bu hadisədən özü üçün düzgün nəticə çıxarır: hər hansı kişiyə görə dostluq münasibətlərini korlamaq lazım deyil.

Uşağa yox, bir qadına görə ayrıldılar

Cennifer Enniston və Bred Pitt 2000-ci ildən 2005-ci ilə qədər evli olub. Bu cütlüyün sevgi hekayəsi çox məşhurdur. Ümumiyyətlə, Cennifer Enistonla Bred Pittin münasibətləri indiyə kimi mətbuatda tez-tez müzakirə olunur. Deyilənlərə görə, onlar 1998-ci ildə qonaqlıqda tanış olublar. Cennifer ilk tanışlıqdan Bredi özünə valeh edib və onlar 2000-ci ildə Malibuda təntənəli şəkildə evləniblər. Lakin biri-birinə ilk baxışdan vurulan aşiqlərin evliliyi çox çəkməyib.

Cennifer uşaq doğmaq istəmədiyi üçün aralarında problemlər yaransa da, ayrılıqlarının əsl səbəbi Ancelina Coli olub. Belə ki, "Mister və missis Smit" filminin çəkilişlərində Ancelina Coli ilə tanış olan Bred ona qarşısıalınmaz dərəcədə aşiq olub. Bu münasibətlər Bredlə Cen arasında uzun müddət mübahisələrə səbəb olub və nəhayət, bu, 2005-ci ildə onların ayrılması ilə nəticələnir. Elə həmin ilin oktyabrında rəsmi boşanma qeydə alınıb. Qeyd edək ki, Hollivudun sevilən cütlüyünün ayrılığı fanatlarını sarsıtmışdı.

Gülməli oğlanın ağuşunda axtardığı təsəlli uğursuz nəticə verib

Cennifer Vins Vonla 2005-2006-ci illərdə görüşüb. Daha doğrusu, boşanan Cennifer Eniston təsəllini bu gülməli oğlanın ağuşunda axtarıb. Öz çoxdankı adətinə sadiq qalaraq, “Amerikasayağı boşanma” filmində tanış olduğu həmkarı ilə görüşməyə başlayıb.

Daha bir qısamüddətli sevgi...

Cennifer Eniston və Pol Skalfor 2007-ci ildə görüşüblər. Aktrisanın britaniyalı model Skalforla da qısa müddətli münasibəti olub.

Cennifer musiqiçinin qəlbində dərin iz qoydu

Cennifer Enoston və Con Mayer 2008-2009-ci illərdə görüşüblər. Müğənni Con Mayer aktrisadan 9 yaş kiçik idi. Amma bu, gənc oğlan üçün problem deyildi. Hətta Cennifer musiqiçinin qəlbində dərin iz qoyub. Belə ki, Cennifer ilə yollarını ayırdıqdan sonra Con ondan ötrü darıxdığını etiraf etmişdi. Müğənni “Rolling Stone” jurnalına verdiyi müsahibəsində aktrisa ilə ayrıldığı dönəmi “həyatının ən çətin dövrü” adlandırmışdı.

Hamı onları sevgili saysa da...

Cennifer Eniston və Bredli Kuper 2009-cu ildə görüşüblər.“Vəd vermək - evlənmək demək deyil” filminə çəkildikdən sonra onların görüşdüyü haqqında xəbərlər yayıldı. Məşhurlar filmin çəkiliş prosesində yaxın dostluq münasibəti qurmuşdular. Paparassilər də onları restorandan çıxarkən görüntüləmişdi. Ancaq ulduzlar sevgili olduğunu qəti şəkildə inkar edirdilər.

Biri-birinə maraqlarını tez itirdilər

2010-ci ildə Cennifer Enistonun hədəfi Cerard Batler olub. Jurnalistlər isə bunu “məşhurların piarı” kimi qələmə verib. Belə ki, onlar “Baş ovçusu” filminə çəkildikdən sonra "Qızıl qlobus" mükafatının təqdimetmə mərasiminə birlikdə gəlib, üstəlik, fotoqraflara da qucaqlaşaraq pozalar veriblər. Həmin il boş vaxtını birlikdə keçirən cütlük birgə gəzintilər təşkil edirdilər. Amma ulduzlar bir-birlərinə maraqlarını çox tez itirdilər.

Toy olmadan nələr oldu?!

Cennifer Eniston və Castin Teru 2011-ci ilin mayından görüşürdülər. Ötən həftə isə gizli şəkildə evləndilər.

Castin Teru ilə tanışlıqdan sonra aktrisanın həyatındakı qeyri-ciddi və ya piar xarakterli sevgi romanları sona çatıb.

Xatırladaq ki, xoşbəxt cütlük 2010-cu ildə “Səyahət həvəskarı" komediyasının çəkilişlərində tanış olub. Bu tanışlıqdan sonra yaraşıqlı aktyor 15 il bir yerdə yaşadığı stilist sevgilisindən ayrılıb. Çox keçmədən də aktrisanın barmağında nişan üzüyü görünüb. Nişan sürətli olsa da, toy tarixini müəyyənləşdirmək elə də asan olmayıb. Mərasimin təşkili fikir ayrılığı, gərgin iş qrafiki və başqa səbəblərdən hər dəfə təxirə salınıb. Toy baş tutmadan aktrisanın hamilə olması barədə xəbərlər də yayılıb. Xatirladaq ki, 2013-cü ildə yayılan bu şayiələrə səbəb Cennifer Enistonun “Biz Millerik” filminin təqdimatına geyindiyi dar libasdan qarnının çıxması olmuşdu.

Ümumiyyətlə, aktrisa ilə bağlı çoxlu şayiələr dolaşırdı. Aktrisa özü onun haqqında "bədbəxt subay və ya sonsuz qadın" kimi sözlərə öyrəşdiyi üçün gəzən şayiələrlə bağlı heç bir açıqlama verməyib. Gəzən söz-söhbətlər onun Castin Teru ilə münasibətlərinə də təsir etmir və onlar 4 illik münasibətdən sonra rəsmi şəkildə evlənirlər.

Gizli mərasim cütlüyün birlikdə yaşadığı malikanənin bağında keçirilib. Gül-çiçəklə bəzədilmiş mərasimə 70-ə yaxın qonaq dəvət olunub. Gizli toydan sonra Cennifer və Castin Bora-Bora adalarına romantik səyahətə yollanıblar. Bir neçə gündən sonra yeni ailə quran cütlüyə dostları, o cümlədən Kortni Koks və Ceyson Beytman qoşulub.

Джастин Теру и Дженнифер Энистон официально стали мужем и женой//instagram.com/jenniferjaniston/

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR