• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kişilərin sitayiş etdiyi şəhvətli italyan gözəlləri - FOTOLAR

  • Layihə
  • 12 Mart 2015 23:25
  • 2 597 Baxış
Kişilərin sitayiş etdiyi şəhvətli italyan gözəlləri - FOTOLAR

İtaliyanın başlıca sərvətləri görkəmli dizaynerlər və Çelentanodan ibarət deyil. Yerli gözəllər də ölkənin fəxri hesab olunurlar. İtalyan qadınları dünyanın ən gözəl qadınları hesab edilirlər. Kino və musiqi tarixinə nəzərə salsaq, buna aid çoxlu misallar tapa bilərik. Onlar qadınlığı büruzə verən incə bədən quruluşu, coşqun ehtirasları və ilkin mənası şəhvət olan seks-simvol titulları ilə tanınırlar. Publika.az-;n tabloid bölməsi bu icmalda İtaliyanın ən seksual və gözəl qadınlarına yer ayırıb.

Bu yaxınlarda 87 yaşını qeyd edən aktrisa Cina Lollobridcida 1927-ci ilin 4 iyulunda paytaxt Roma yaxınlığında Subiako şəhərciyində dünyaya gəlib. O, elə aktrisalardandır ki, kişilər onların görəndə başını itirirdi... Filmlərdə baş rolları hər zaman aktrisanın ifa etməsi təsadüfi deyil. Eşşək arısı beli, yuxarı qaldırılmış qaşları özünəməxsus gözəlliyinin əsas cəhətləridir. Aktrisanı qeyd-şərtsiz öz dövrünün parlaq kino ulduzu və gözəllik etalonu kimi qəbul edirlər.

Təzə-təzə çəkilərkən aktrisanın rolları bir o qədər gözə çarpmır. 1947-ci ildə o, "Miss İtaliya" gözəllik yarışmasında iştirak edir və üçüncü yeri tutur. Onun gözəlliyini səhnədəkilər ayaq üstə alqışlayırlar. Cina növbəti illər də gözəllik yarışmalarında iştirak edir. Aktrisa öz dövrünün müasirlərindən biri – Sofi Lorenlə seks-simvol adı uğrunda mübarizə aparıb.

Джина Лоллобриджида

Джина Лоллобриджида Джина Лоллобриджида

İtaliyanın digər fəxri Sofi Loren kainatda qazandığı populyarlığını bir çox hallarda genlərə borcludur. Aktrisanın dramatik istedadı şübhə doğurmur. Buna baxmayaraq, Loren tarixə seks-simvolu rəmzi kimi düşür, hansı ki, aktrisanın adı bu kontekstində ilk sıralarda çəkilirdi. Kino ulduzunun tərzi qlobal hadisəyə səbəb olur. Belə ki, kişilər Lorenə sitayiş edirlər, qadınlar isə özlərini ona oxşatmaq üçün dəridən-qabıqdan çıxırdılar. Dolğun bədən formaları, çəkici və rəngli gözləri, qalın dodaqları - Sofi Loren gözəlliyinin əsas cəhətləridir. Milyonlarla kişi bu gözəllikdən ötrü özünü ona qurban verməyə hazır idi. Halbuki onun ürəyi ancaq bir kişiyə - kino prodüser Karlo Pontiyə məxsus idi.

Софи Лорен

Софи Лорен

Софи Лорен Софи Лорен

Dünyanın ən arzulanan qadınlarından biri də italyan gözəli - Klaudiya Kardinaledir. O, İtaliyada deyil, Tunisdə dünyaya göz açıb. Aktrisanın ana dilini bilməməyi ona kino ulduzu və maestro Fellinin ilahəsi olmağa mane olmur. Qəribədir ki, həmkarlarından fərqli olaraq, belə gözəl qadın çəkilişlərdə tərəf müqabili ilə eşqbazlıq etməyib. Alen Delon kimi yaraşıqlı kişini rədd etməsi buna bir sübutdur.

Клаудия Кардинале

Клаудия Кардинале

Damarlarında italyan və eston qanı axan Ornella Mutinin gözəlliyi öz doğma yurdunun qeyri-standart təcəssümüdür. Əsl adı Francesca Romana Rivellidir. Düzgün bədəni, mavi gözləri, buğdayı saçı, bir sözlə ekzotik gözəlliyinə çətin ki, heyran olmayan kişi tapılsın. Muti 1994-cü ildə "Class" jurnalının təşkil etdiyi bir anketdə dünyanın ən gözəl qadını seçilib. Maraqlısı budur ki, yaşı onun üzərində hakimlik edə bilmir. 59 yaşlı aktrisa hələdə əsl gözəldir. Muti iki dəfə evlənib. Birinci əri Alessio Orano (1975-1981), ikinci əri isə Federico Facchinettidir (1988-1996). Üç uşağı var.

Орнелла Мути

Орнелла Мути

Cazibəsi, gözəlliyi ona baxanların gözlərini ağrıdır. Klassik üz cizgiləri və mükəmməl bədən quruluşu ilə istəmədən bütün kişiləri özünə aşiq edir. Onları bu qadına dəli kimi aşiq olduqlarına görə necə günahlandıra bilmərəm? Axı elə özüm də ona heyranam və bu qadına baxanda qocalmaqdan qətiyyən qorxmuram. 49 yaşlı aktrisaya illər, qırışlar qətiyyən təsir etmir. İndiyə qədər bu əfsanəvi qadınla rəqabət apara bilən gənc və gözəl bir pəri tapılmayıb. Hollivudun ən gözəl, ən cazibədar xanımı olduğu isə mübahisə olunmazdır. O, müasir dövrümüzün seks-simvol titulunu daşıyan Monika Belluçidən başqa kim ola bilər ki? Monika Belluççi 30 sentyabr 1964-cü il İtaliyanın Çitta-De-Kastello şəhərində anadan olub. Atası Luici Belluççi adi kəndçi, anası Mariya Qustanelli isə rəssam idi.

В фотосессии Мэттью Ролстона 2002

Aktrisanın mələyə oxşayan məsum parlaq zahiri, qüsursuz və günahkar bədəni rejissorları və modelyerləri hələdə ruhlandırmağa davam edir. Onun "Təhqir olunmuş gözəllik" sonsuz interpretasiya mövzularında oynadığı rolları kino tarixinin əvəzolunmaz obrazlarıdır. Aktrisa klassik universal gözəlliyi ilə əks cinsin nümayəndələrinin yuxularına haram qatır... Qeyd edək ki, Monikaya etnik və seksual azlıqların təsvir olunduğu arthause - kino janrında daha çox tələbat var.

В фотосессии Андреа Бланш 1996

ELLE SPAIN

Biyanka Baltinin damarlarında italyan və azərbaycanlı qanı axır. Onun fotolarına baxanlar bu iki millətin qarışığını yandırıcı gözəllik adlandırırlar. Avropanın ən perspektivli super modellərindən biridir. O, İtaliyanın qüruru, Azərbaycanın isə fəxridir. 29 yaşı olmasına baxmayaraq, 20 yaşlı qız kimi görünür. İdmanla məşğul olmur, ancaq çox zərif və nərmə-nazik xanımdır, eyni ilə anası kimi. Mavi gözlərini və cəlbedici dodaqlarını isə azərbaycanlı anasından aldığını deyə bilmərəm, çünki üzdən heç oxşamırlar. Təəccüblü deyil ki, model üfüqdə parlayan kimi "Dolce and Gabanna"nın dizaynerləri onu işləməyə dəvət edirlər.

В рекламной кампании Dolce & Gabbana

В рекламной кампании Dolce & Gabbana

Для Dolce & Gabbana

Для Dolce & Gabbana

Oliviya Kaplo "Miss Kainat" müsabiqəsində planetin ən gözəl qadını adını qazanmaqla şərəfini qoruyur. Bu qalibiyyətini öz italyan köklərinə borcludur. Gözəlin atası italyandır, anasının əcdadları isə irland əsillidir. Bu kokteyl çox əla alınıb.

Оливия Калпо

Оливия Калпо

Оливия Калпо

Katerina Murinonun tünd cazibəsi qarşısında, "Kazino" və "Royal" filmlərində, hətta Ceyms Bond da tab gətirə bilmir. Seks-simvol titulu öz ampluasında qalır. Televiziya və kino dünyasının parlaq ulduzudur.

Катерина Мурино

С Дэниелом Крэйгом в фильме

Xəbər lenti

DAHA ÇOX XƏBƏR