• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Kişi və qadın sonsuzluğunun çarəsi bu daşdadır - FOTOLAR

  • Layihə
  • 17 İyun 2015 16:20
  • 2 221 Baxış
Kişi və qadın sonsuzluğunun çarəsi bu daşdadır - FOTOLAR

Bəlkə də çoxunuzun mücrüsündə qırmızı qaşlarla bəzədilmiş zinət əşyası var. Ancaq onun adının məhz qranat olduğundan xəbəriniz yoxdur. Qranat ta qədimdən bəri insanlara məlum olan sirrli və əsrarəngiz bir daşdır. Şərab rəngini xatırladan çaları insanları həmişə valeh edib. Qranat daşının tarixini, xüsusiyyətlərini və ən əsası sağlamlığa faydalarını öyrənmək istəyirsinizsə, Publika.az-ın "Mücrü" layihəsini oxumağa davam edin.

Əvvəlcə qranatın tarixinə qısa nəzər salaq.

Misirdə ilana, Şumerdə düşmənə qarşı

Qırmızı, mavi, bənövşəyi, qəhvəyi rəngləri mövcud olsa da, qırmızı rəngdə olanı daha məşhurdur.

Tarixin müxtəlif dövrlərində bu daşa məhz rənginə görə, "ləl daşı", "nar daşı" kimi adlar verilib. Qranat adı isə latınca "tünd qırmızı" mənasını verən "granatu" sözündən götürülüb.

Braziliyada, Avstraliyada, Kanadada, Alyaskada, Hindistanda, Madaqaskarda, Çexiyada və Slavakiyada və Afrikada zəngin qranat yataqları var.

Torpağın dərinliklərindən şəffaf və yarışəffaf halda tapılır.

Tarixin tozlu səhifələrinə nəzər salsaq, görərik ki, qədim dövrlərdə qranat ən çox Misir və Romada istifadə edilib. Bu daşdan Misirdə ilan sancmalarına qarşı istifadə edilib. Həmçinin, uşaqları nəzərdən qoruduğuna da inanılıb.

Qədim Romada da çox geniş şəkildə istifadə edilib. Arxeoloji qazıntılar zamanı üzəri qranatla bəzənmiş çoxlu əşyalar tapılıb. Qədim zamanlarda bu daşdan həm də çox sərt cisimləri kəsmək üçün istifadə ediblər.

Şumerlər isə qranatın sehrli qüvvəsi olduğuna inanıblar. Belə ki, döyüşə gedərkən qalxanlarını, kəmərlərini qranat qaşlarla bəzədiblər. Bu daşın döyüşdə insana cəsarət verdiyini düşünüblər.

Zinət əşyalarını bəzəyən qırmızı möcüzə

Bu dəyərli daş zərgərlərin da nəzərindən yayınmayıb. Qədim zamanlardan bəri qranatdan zinət əşyalarının hazırlanmasında istifadə edilib. Onun qırmızı rəngi həm qadınların, həm də kişilərin diqqətini çəkib.

Kraliçanın və Hollivud ulduzlarının sevimlisi

Qranat yarıdəyərli daşdır. Buna baxmayaraq, qiymətli daşlar qədər rəğbət görür. Hətta Böyük Britaniya kraliçası II Yelizavetta belə bu daşı çox sevir. Onun zərif kəsimli qranatla bəzədilmiş tacı və üzüyü diqqətə layiqdir. Qranat Hollivud ulduzları arasında da məşhurdur. Cennifer Karpenter, Marişka Harqitey, Sofia Verqara, Culiya Ormond, Lorrain Şvartz, Minka Kelli, Selena Qomez, Cessi Cey kimi ulduzlar qranata böyük maraq göstərirlər.

Hansı bürclərin işini avand edir?

Dolça, Oğlaq, Qoç və Şir bürcləri üçün uğurlu daş hesab edilir. Bu bürclərdən olan insanlar qranat daşlı zinət əşyaları taxsalar, işləri avand gedər.

Arzuları reallığa çevirən daş

Hindlilərin inancına görə, bu daş arzu və istəkləri reallaşdırır. Belə ki, arzularının tezliklə həyata keçməsini istəyənlər bu daşdan hazırlanan zinət əşyaları taxmalıdırlar. Daha sonra daşı ovalayaraq arzuları haqda düşünməlidirlər.

Cinsi gücü artırır

Qranat daşının tarix boyu populyarlığını itirməməsinin səbəbi bəlkə də onun sağlamlığa təsirləri ilə birbaşa bağlı olub. Çünki ta qədim zamanlardan bəri onun cinsi gücü artırdığı bilinib.

Xalq təbabətinin sirlərindən bəhs edən qədim kitablarda qranatın ehtirası artırdığı vurğulanıb.

Bədəni qüvvətləndirir, təmizləyir. İnsana enerji verir.

Kişilər bu daşı qasığın üzərinə qoyub bir müddət saxlasalar və ya şalvarın cibində gəzdirsələr, sonsuzluq problemindən xilas olarlar. Spermasının keyfiyyəti aşağı olan kişilər həftədə 3 dəfə, gündə 10 dəqiqə bu daşla cinsi orqanların yerləşdiyi bölgəni masaj etməlidirlər.

Qadınlar isə qranatla qarına masaj edərək hamilə qalmaq şanslarını artıra bilərlər. Həmçinin, menstruasiya ağrılarından xilas olmaq, klimaks dövrünü rahat keçirmək üçün də bu daşdan istifadə edə bilərlər.

Ağrıları azaldır

Təbii ağrıkəsicidir. Xüsusilə də bel ağrılarına qarşı çox təsirlidir.

1001 dərdin dərmanı

Qranat daşının faydaları saya bilməyəcəyimiz qədər çoxdur. Ona görə də, ən faydalı xüsusiyyətlərini sizinlə bölüşəcəyik.

*Hormonları nizamlayır.

*Yoluxucu xəstəliklərdən qoruyur.

* Sakitlik və dinclik bəxş edir.

*İşləri tamamlamaq üçün həvəs və enerji verir.

*Yaddaşı qüvvətləndirir.

* Yastığın altına qoyulduqda qorxulu yuxular görməyə qoymur.

*Xəyal gücünü artırır.

*Damarlara faydalıdır.

* Sevgi, bağlılıq və sədaqət hissini gücləndirir.

*İnsanların bütün neqativ enerjilərini pozitiv enerjiyə çevirir.

* Stress və yorğunluğu aradan qaldırır.

*Ağciyər və ürək xəstəliklərindən qoruyur.

*Qan təzyiqini nizamlayır. Yüksək təzyiqdən əziyyət çəkənlərə yaxşı təsir edir.

Qranat alarkən nəyə diqqət etməli?

Qranatın faydalarından yararlanmaq üçün ondan düzgün şəkildə istifadə etmək vacibdir. Təkcə qızıl və gümüşdən hazırlanmış zinət əşyalarında istifadə edilməlidir. Təsirini göstərməsi üçün dəri ilə təmas etməlidir.

Əgər qranat daşlı zinət əşyası almısınızsa, həmin əşyadan ilk dəfə şənbə günü səhər saatlarında istifadə edin.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR