Əlif Şəfəq: "Mən uşaq istəmirdim" – MÜSAHİBƏ
Bizi izləyin

Layihə

Əlif Şəfəq: "Mən uşaq istəmirdim" – MÜSAHİBƏ

Əlif Şəfəq – son zamanlar Türkiyə ədəbiyyatının ən öndər imzası. “Eşq”, “Ata və yetim”, “İskəndər” kimi maraqlı romanların müəllifi olan bu qadın yazarın Nobel ödülünə layiq olduğu qeyd edilir və Türkiyədə onun kitabları çox böyük tirajlarla çap edilir.

Sizin uşaqlığınız digərlərindən necə fərqlənir?

Hüznlü və yalnız. Stasburqda anadan oldum, atam orda fəlsəfə üzrə doktorluq müdafiə etdi. Mən doğulduqdan qısa bir müddət sonra isə anam və atam bir-birindən ayrıldı. Mən atasız böyüdüm.

Atanızı heç tanımadınızmı?

Xeyir. Bir-birimizi tanıyacaq qədər bərabər ola bilmədik.

Bəs ananız?

Feminist və mübarizəçi bir qadın. 1970-ci illər Ankarada universiteti yarımçıq buraxır. Sevgi üçün atamın arxasından gedir. Evlilikləri qısa müddət davam edir. Sonra qayıdıb universiteti tamamlayır. O vaxtlar mənə nənəm baxırdı. Ona görə də məndə fərqli bilgilər, İslam dininin təsiri var. O dünyanı bilir və sevirəm.

Nənəniz nələrə qadirdi?

Ooo... çox şeyə. O, inanılmaz qadın idi. O qadınlardan ki, hər şeyi bir çevrədə görürlər.

Qadınlar deyəndə yəqin ki, ananız və nənəniz yadınıza düşür.

Yox. 10 yaşından sonra mənim ətrafımda anamdan başqa nənəm və digər qadınlar peyda oldu. Anama onsuz da bir neçə müddət “bacı” demişəm. Çünki mənim tanıdığım analar yemək bişirən, qonşuların yanına gedən adamlar idi. Anamsa işləməyə məcburdu. Bütün gün bayırda olardı. Yemək bişirməyi belə bilməzdi. Anam Daxili İşlər Nazirliyində işə düzəldi. Bundan sonra həyatımıza başqa bir dönəm yarandı. Artıq mən diplomat bir ananın qızıydım. Bir yerdə 1980-ci illərdə Parisə getmişdik.

Dul qadın olmağına baxmayaraq bu qədər həngamənin içində bir uşaqla tək-tənha qalmaq yəqin ki, ananızın özünə güvənməsindən irəli gəlir? Elədir?

Düzdür, ancaq eyni zamanda çox sarsıldı. Anamın apardığı mübarizəyə baxanda cəmiyyətin dul qadınları əzdiyini gördüm. Sadəcə kişilərə və sistemə qarşı deyil, evli qadınlara qarşı da anam mübarizə apardı. Çünki onun bədbəxt evliliyini bitirməsindən ən çox narahat olanlar digər bədbəxt evli qadınlar idi. Ən çox onlar adamı sıxır, sorğu-sualla bezdirir. Sadəcə anamı sevməklə qalmır, həm də ona sayğı göstərirəm. Hətta buna görə öz təxəllüsümü atamın adından deyil, anamın ismindən götürdüm.

Uzun illər ölkə xaricində yaşadınız. Ananızla İspaniya, Almaniya kimi ölkələrdə oldunuz. Bunlardan sizə nə qaldı?

Daimi bir tərəkəmə hissi... Bir də nə qaldı, bilirsiniz? Milli kimliyin parçasına çevrilmək. Məsələn, Avroviziyada Türkiyə 0 xal aldısa, həmin gün gərək dərsə getməyəsən. Sonra başlayacaqlar lağ eləməyə. Buna görə ölkə xaricinə gedən türklər daha millətçi olurlar.

Həyatınızın hansı dönəmini xoşbəxt hesab edirsiniz?

Mənim aşıb-daşan xoşbəxtliyim az olub. Həyatı həmişə “indiki zaman”da yaşadım. Keçmişlə bu anı birləşdirən heç bir şey yox idi. Təkcə marağım yazı oldu. Hansı ölkəyə gedirdimsə yalnız onu özümlə bərabər apara bilirdim.

Düşündüyünüz uşaq planlı şəkildəmi olmalıydı?

Yox. Tamamən sürpriz bir körpə. Mən uşaq istəmirdim. Hətta böyük-böyük danışırdım: “Məndən yaxşı ana olmaz, yaxşı ögey ana olar.” Həqiqətən də bir başqasının uşağı ilə daha gözəl anlaşa biləcəyimizi düşünürdüm. Doğurdan da, uşaq sevən biri deyiləm.

Yəni, Allah əgər işinizə qarşımasaydı, sizin amacınız həyatı uşaqsız tamamlamaqdı?

Mən başqa birisini özümə övlad olaraq götürmək istəyirdim. Bir də hamilə qalmayacağıma haradasa yüz faiz inanırdım.

Niyə?

Hormon problemlərimin olduğu ucbatından. Təbii, sonradan hər şey normallaşdı.

Bəs əriniz bunu necə qarşıladı?

O çox sevindi. Mənim hər bir vəziyyətimdə, problemimdə yanımda oldu. Ərim, mənə görə, həyatla daha uyğun hərəkət edən bir insandır. Əslində mənim özümü tapmağımda bir az da ona borcluyam. Çünki mənim ikiliklər arasında məhv olmağa hazır olan, özümü zədələməyi sevən bir xasiyyətim var. Necə desəm, əqrəbəm mən, öz-özümü sancaram.

Körpənizin üzünü birinci dəfə görəndə nə hiss etdiniz?

Möhtəşəm! Bax, bu məni bir azca özümə gətirdi. Əvvəl sadəcə özümü düşünürdüm. Onun üzünü komputerdən görəndə, hərəkətlərini hiss edəndə, içimdə nə qədər axmaq olduğumun fərqinə vardım. Çünki dediyim kimi, o zamana qədər yalnız özümlə maraqlanırdım. Sadəcə bu sualların cavabını axtarırdım: Mənə nə olacaq? Romançı qadına nə olacaq? Ya təxəyyülümü itirsəm? Ya yaradıcılığımı? Deyəsən, əzizlənib normallaşacağımdan qorxdum.

Sonra özünüzü necə xilas etdiniz?

Məncə, körpəm məni xilas etdi. Və daha az qorxmağa, daha az ağlamağa başladım. Qorxularım bir andaca söndü.

Kim sizə kömək edirdi?

Əyyub. Ərim.

Ananız?

Yoxdu. Çünki xəbəri olmamışdı.

Necə yəni?

Çox uzun müddət heç kimə bu haqda danışmadım. Hamilə olduğumu anama belə demək üçün mənə 4 ay vaxt lazım idi.

Zarafat edirsiniz!

Yox, qətiyyən.

Bəs ananız bunu öyrənəndə nə etdi?

Çox xoşbəxt oldu. Anam da hər ana kimi olacağımı dedi. Görək necə olur?

Atanızla həyatınız boyu nə qədər birlikdə oldunuz?

Demək olar ki, heç vaxt.

Necə yəni?

34 yaşında idim. Atamı bütün həyatım boyu 4 ya da beş dəfə görmüşəm.

Nə üçün?

Bilmirəm. Uzun illər məni arayıb-axtarmadı. Aradan xeyli zaman keçdikdən sonra isə özü təmas qurmaq istəmişdi, amma artıq bir anlamı qalmamışdı.

Bu ayrılığı necə anlatmaq olar?

Anladıla bilməz.

Sizin üçün ata nə anlama gəlir?

Boşluq. “Ata” sözünün mənim lüğətimdəki qarşılığı yalnız boşluq ola bilər. Yaxşı ya da pis deyil. Sadəcə boşluq.

Atasız qız olmaq necə bir hissdir?

Atasızlıq özümü mənə yetim kimi hiss etdirdi. Bizim kimi bir cəmiyyətdə atasızlıq çox fərqliliklər yaradır. Ana ilə ata ayrılırsa və ata buna baxmayaraq yenə qızını görürsə, bu başqa məsələ. Mən də isə heç belə bir şey də yox idi.

Niyə belə oldu?

Bilmirəm. Uşaqlığım bu sualı axtarıb tapmaqla keçdi.

Bəs indi, atanız haradadır, bir fikriniz var?

Təbii ki, var. Bir universitetdə akademikdir. Evləndi və iki uşağı da oldu. Onu sevən bir ailəsi var, atamı çətin vəziyyətə salacaq suallar verə bilmərəm.

Axı, o sizi ömür boyu çətin vəziyyətdə qoyub. Yoxsa onu bağışladınızmı?

O mərhələni adlayıb başqasına keçdim. İndi bu mənim üçün elə də maraqlı deyil. O zamanlar ona daha çox önəm bəsləyirdim. Bu saat isə birinin yasını tutmaq kimi bir şey hiss edirəm. 20 yaşlarımda isə “Atam niyə məni axtarmadı” deyə çırpınıb durur, bununla çox maraqlanırdım.

Özünüzə, yoxsa ananıza görə daha çox üzüldünüz?

Əlbəttə, özüm üçün. Çünki onların əlaqəsi artıq bitmiş bir şey idi. Anam həyatına davam etdi. Mən uzun müddət davam edə bilmədim.

Bir qız uşağının atasının olmaması tam olaraq nə anlama gəlir?

Mərkəz duyğun olmur. İdarə etmək qabiliyyətim yoxdur. Məsələn, ər idarəsində zəifəm. Bunu qız uşağı atadan öyrənir. Ona görə də kişilərlə əlaqəmdə bir qırıqlıq var.

Hazırladı: Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm