Azərbaycansayağı “Xaç atası” filminin təqdimatı baş tutdu – FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycansayağı “Xaç atası” filminin təqdimatı baş tutdu – FOTO/VİDEO

Bu gün "Flame Towers Cinema"da “Don Marleone” filminin təqdimat mərasimi baş tutub.

Publika.az xəbər verir ki, baş rollarda "Best model of the World model" titulunun sahibi Rüstəm Cəbrayılov və Natavan Əfəndiyevanın çəkildiyi “Don Marleone” filmini gənc və istedadlı rejissor Elmar Bayramov çəkib.

Rejissor Elmar Bayramov maraqla gözlənilən “Don Marleone” filminin haqsızlıqlara və mafiya qruplarına qarşı mübarizə aparan gənclərdən bəhs etdiyini deyib:

“Ümid edirəm ki, tamaşaçılar ötürmək istədiyimiz mesajı başa düşəcək və bəyənəcək. Çünki biz hadisələrə, situasiyalara fərqli yanaşmışıq. Həmçinin təkrar olunmayan hekayələrdən bəhs etmişik. Bəzi problemlərin alternativ həlli yollarını da film vasitəsilə təklif etmişik, həm də əyani şəkildə göstərmişik”.

İstedadlı rejissor baş rolda peşəkar aktyor və aktrisaları deyil, modelləri dəvət etməsinə də aydınlıq gətirib:

“Rüstəm və Natavan öz sahəsində kifayət qədər peşəkardır, aktyor kimi oyunları da olduqca inandırıcı alınır. Aktyorluq qabiliyyətləri olmasa idi, qətiyyən çəkməzdik. Onların hər ikisi rejissorun tələblərinə tam cavab verib”.

İlk dəfə filmə çəkilən R.Cəbrayılov təəssüratlarını bizimlə bölüşüb:

“Artıq 12 ildir modelliklə məşğul oluram. Aktyorluq və modellik qismən bir-birinə yaxın sahələrdir. Daim kamera önündəsən, reklamlara çəkilirsən, dolayısı ilə təcrübə toplayırsan. O cümlədən Nyu-Yorkda yaşayan zaman qısa müddətlik də olsa, aktyorluq üzrə təhsil almışam. Bu baxımdan rolumun öhdəsindən gəldiyimi düşünürəm. Həm də baş qəhrəmanla mənim xarakterimdə 95 faiz oxşarlıq var",

Qeyd edək ki, bir qrup gəncin haqsızlıqlara qarşı mübarizəsindən bəhs edən “Don Marleone” filmi "Xaç atası" əsasında çəkilib. Resjissor italyan filmlərdən ilhamlandığını etiraf edib. Lakin Don Marleone ilə Don Karleone adları bir-birinə bənzəsə də, hadisələr tamamilə başqa mövzular ətrafında cərəyan edir.

Aytən

Fotolar: Nurlan Gülməmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm