Magazin1
Fəxriyyə Xələfova Rusiyada nüfuzlu mükafat aldı
Fəxriyyə Xələfova Rusiyanın nüfuzlu mükafatına layiq görülüb.
Publika.az xəbər verir ki, 5 dekabrda, Sankt-Peterburqda təntənəli tədbirlər çərçivəsində “İncəsənətə Xidmət” ordeninin təqdimolunma mərasimi keçirilib.
Mükafatlandırma mərasimində azərbaycanlı rəssam-modelyer, parfümer, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova "İncəsənətə Xidmət" ordeni ilə təltif edilib. Bu barədə F.Xələfova sosial şəbəkədə özü məlumat verib.
Məlumat üçün bildirək ki, bu orden Rusiyanın estetik ənənələrinin qorunub saxlanmasına əvəzsiz töhfələri olan və bütün dünyada yüksək ictimai nüfuz qazanan görkəmli mədəniyyət və incəsənət xadimlərinə təqdim olunur. Mükafat xeyriyyə aksiyalarının, konsertlərinin təşkilinə və keçirilməsinə, həmçinin xeyriyyəçiliyin inkişafı və Yer Üzündə sülhün möhkəmləndirilməsinə görə verilir.
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat