Günay İbrahimli: “Sevgim bitəndə...”
Bizi izləyin

Magazin1

Günay İbrahimli: “Sevgim bitəndə...”

Gənc müğənni Günay İbrahimli ən yaxşı mahnılarının sevgisinin bitdiyi zamanlarda yarandığını bildirib. “Əsl şou” verilişinin qonağı olan müğənni bu fikri sevgisindən danışarkən vurğulayıb.

“Əsas sevilməkdir. Sevmək isə çətin məsələdir. Bir az ağlamaq, bir az da gülməkdir... Ən yaxşı mahnılarım sevgilimdən ayrılanda alınır”.

Müğənni bu proqramda qazancından da söhbət açıb:

“Hər kəsin öz yeri, öz ruzisi var. Mən bunu sınamışam. İnsan payına nə qədər düşürsə, elə o qədərini qazanır. Mən daha çox istəsəm də, alınmır. Demək, əldə edə bilmədiyim həmin ruzi başqasınındır”.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Novruz İsmayıl və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm