Hülya Avşarın gözü lüks avtomobilə düşdü - FOTOLAR
Bizi izləyin

Magazin2

Hülya Avşarın gözü lüks avtomobilə düşdü - FOTOLAR

“Kösem Sultan” serialı ilə ekrana qayıtmağa hazırlaşan Hülya Avşar avtomobilini yeniləmək istəyir.

Publika.az xəbər verir ki, hər seriyaya görə, 60 min lirə qonorar alacağı deyilən aktrisanın gözü 510 min avroluq avtomobilə düşüb.

Hülya Avşar ötən gün “Aston Martin” markalı avtomobilə baxmağa gedib. Paparassiləri görən aktrisa yeni avtomobil alacağı xəbərini təsdiqləyib: “Uzun müddətdir ki, “DB9” modelinin Türkiyəyə gəlməsini gözləyirdim. Gəldiyini eşidən kimi görmək istədim. Razılaşsaq alacağam, çox komfortlu maşındır”.

Qeyd edək ki, Hülya Avşar “Kösəm Sultan” serialında Safiyə Sultan obrazını canlandıracaq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm