Məşhur müğənni əri kişi ilə intim münasibətdə olduğu üçün boşanır – FOTOLAR
Bizi izləyin

Magazin2

Məşhur müğənni əri kişi ilə intim münasibətdə olduğu üçün boşanır – FOTOLAR

Məşhur “No Doubt” qrupunun 45 yaşlı solisti Qven Stefanin 49 yaşlı əri Qevin Rossdeyldən boşanır. Bərabərliklərinin təxminən iyirmi illik tarixi olan cütlüyün ayrılma xəbəri çoxlarında təəccüb doğurub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onlar artıq rəsmi şəkildə ayrıldığını elan edib. Musiqiçi cütlük boşanma səbəbi kimi anlaşa bilmədiklərini əsas gətiriblər.

Onlara yaxın olan mənbələr isə fərqli iddia irəli sürüb. Həmin iddialara görə, Qven Stefani artıq ərinin xəyanətləri ilə barışa bilmir. O, məhz əri evdə tapılmadığı və daim qastrol səfərlərində olduğu üçün ayrılmağa qərar verib.

Boşanmalarının əsas səbəbərindən biri isə Qven Stefaninin ərinin keçmişini qəbul edə bilməməsi və onu dəyişdirməyə çalışmasıdır.

Xatırladaq ki, qadın obrazında “Merilin” ləqəbi ilə çıxış edən müğənni Piter Robinson 2009-cu ildə Qevin Rossdeyl ilə intim münasibətləri olduğunu söyləmişdi. Qevin Rossdeyl bu xəbəri əvvəlcə qəti şəkildə təkzib etsə də, bir neçə il sonra təsdiqləyib. Bu etiraf isə cütlüyün münasibətlərinin korlanmasına təsir edib.

Xatırladaq ki, Q.Rosdeyl 80-ci illərin əvvəllərində “Bush” qrupunun rəhbəri olub.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm