Madonna 1-ci, Ledi Qaqa 12-ci oldu
Bizi izləyin

Magazin2

Madonna 1-ci, Ledi Qaqa 12-ci oldu

Dünyaca məşhur "The Telegraph" qəzeti pop musiqi janrının əsas ifaçılarının adını açıqlayıb. Publika.az xəbər verir ki, siyahıda janr yaranandan bu yana şöhrətin zirvəsinə yüksəlmiş pop ifaçıları yer alıb.

İlk pillədə Madonna qərarlaşıb. Dərgi bildirir ki, Madonna musiqi və incəsənətə ümumilikdə çoxsaylı yatırım edib.

"Madonna ola bilər ən yaxşı vokalist olmasın, ən yaxşı bəstəkar olmasın, hətta ola bilər onun mahnıları ürəkləri fəth etməsin, amma şəxsən o, üçüncü on illikdir ki, pop musiqi sənayesini dəyişir. Bununla da öz heyranlarını sevindirir".

Qeyd edək ki, həmin siyahıya Rihanna, Kristina Agilera, Britni Spirs düşə bilməyib.

Publika.az bütün dövlərin əsas müğənnilərinin TOP 20 siyahısını təqdim edir.

1. Madonna

2. Tina Törner

3. Keyt Buş

4. Debbi Harri

5. ABBS

6. Areta Franklin

7. Emi Uaynhauz

8. Beyonse

9. Adel

10. Patti Smit

11. Cenis Coplin

12. Ledi Qaqa

13. Dasti Sprinqfild

14. Syuzi Syu

15. Uitni Hyuston

16. Qreys Cons

17. Dolli Parton

18. Conni Mitçel

19. Krissi Haynd

20. Spice Girls

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm