Nəbahət Çehrənin qızı ilə fotoları yayıldı
Bizi izləyin

Magazin2

Nəbahət Çehrənin qızı ilə fotoları yayıldı

Artıq aktrisa kimi fəaliyyət göstərməyəcəyi deyilən Nəbahət Çehrə bu barədə açıqlama verib.

Nəbahət Çehrə "Son günlər hər kəs aktrisalıq fəaliyyətimə son verdiyimdən və yubiley keçirəcəyimdən danışır. Amma hələ ki, yubiley keçirməyi planlaşdırmıram” - deyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı aktrisa Ebru Gözəli özünün varisi elan edib. Bundan başqa, Nəbahət Çehrə qızı qədər sevdiyi Ebru Gözəllə yeni fotosessiya etdirib.

Aktrisanın sözlərinə görə, o, Ebru ilə ana-qız rolunda çəkilmək istəyir. O, “Bizi hələ bir çox layihədə yan-yana görəcəksiniz. Bu il 6-cı dəfə keçirilən “Forum Fashion Week” açılışını da birlikdə edəcəyik. Bizi tez-tez birlikdə görməyə hazır olun" – söyləyib.

Xatırladaq ki, Ebru Gözəl Nəbahət Çehrəyə bənzədiyi üçün Türkiyədə onun qızı kimi tanınır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm