Məşhur prodüsser 175 min cərimə ödəməli olacaq
Bizi izləyin

Magazin2

Məşhur prodüsser 175 min cərimə ödəməli olacaq

Məşhur müğənnilər Oğuzhan Koç, Burak Kut və Hadisənin münsiflik etdiyi “O ses Çocuklar” müsabiqəsi RTÜK (Radio və Televiziya Üst Qurumu) tərəfindən cəzalandırılıb.

Publika.az xəbər verir ki, RTÜK Acun İlıcalının rəhbəri olduğu TV8-də yayımlanan müsabiqənin uşaqların ruh halını poza biləcəyini, bunun uşaq istismarı olduğunu əsas gətirərək kanalı 175 min lirə (təxminən, 85 min manat) cərimələyib. Yayılan açıqlamada bildirilir: “Bu verilişdə iştirak edən uşaqların yaşı az olduğu üçün səs telləri inkişafını tamamlamayıb. Ancaq onlar səhnədə səs tellərinin zərər görə biləcəyi vəziyyətdə yarışırlar. Təhsillərini davam etdirən uşaqlar istirahət etmək əvəzinə səhnə məşqləri edirlər. Bu isə uşaqların təhsili arxa plana atmasına səbəb olur. Bununla bağlı RTÜK-ün şikayət xəttinə çoxlu zənglər gəlib. Şikayətçilər pul qazanmaq və reytinq üçün uşaqların istismar edildiyini deyirlər”.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm