Amerikalı müğənnidən “Eurovison”da möhtəşəm şou - FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin2

Amerikalı müğənnidən “Eurovison”da möhtəşəm şou - FOTOLAR/VİDEO

"Eurovision 2016" beynəlxalq mahnı müsabiqəsinin final gecəsində səsvermə üçün ayrılmış vaxtda səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou təqdim olunub. Publika.az xəbər verir ki, gecədə dünya şöhrətli müğənni Castin Timberleyk möhtəşəm şou ilə çıxış edib.

35 yaşlı amerikalı pop və R&B müğənnisi çıxışından əvvəl iştirakçılarla görüşüb onlara uğurlar azru edib. O, final gecəsində "Cant stop the feeling" kompozisiyasını ifa edib.

Qeyd edək ki, "Eurovision" tarixində Castin Timberleyk finalda çıxış edən ilk dünya ulduzudur.

Məlumat üçün bildirək ki, Castin Timberleykin həyat yoldaşı, məşhur aktrisa Cessika Bel də “Eurovison 2016” -nı finalı izləyənlər arasında olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm