Timati İrina Şeyki rus kişilərinə şans vermədiyi üçün QINADI - FOTO
Bizi izləyin

Magazin2

Timati İrina Şeyki rus kişilərinə şans vermədiyi üçün QINADI - FOTO

Dünya şöhrətli model İrina Şeyklə rusiyalı reper Timati (Timur Rodrigez) eyni layihədə çıxış edəcək.

Publika.az xəbər verir ki, bu barədə əslən tatar olan model sosial şəbəkədə məlumat verib. İnstaqramda milyonlarla abunəçisini olan İrina Tima ilə birlikdə paylaşdığı şəklinə bunları qeyd edib:

“Tatarlar gəlir. İşdə şən bir gün...”.

33 yaşlı Hip-hop ifaçısı da öz növbəsində həmyerlisi haqqında təəssüratlarını bölüşüb:

“Necə olar bilər ki, iki dəfə ardıcıl olaraq xaricilərlə görüşəsən və bizim oğlanlara heç bir çans verməyəsən?”

Burada reper İrinanın keçmiş sevgilisi Kristian Ronaldo ilə, indiki nişanlısı və qızının atası Bredli Kuperi nəzərdə tutub. Timur Rodrigez cazibədar modelə bu statusla heyranlığını ifadə edib.

Yeri gəlmişkən İrinanın fikirləri müzakirələrə səbəb olub. İzləyicilər Timatinin anasının yəhudi olduğu üçün onu tatar adlandırmağın doğru olmadığı hesab edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm