45 yaşlı Gülben Ergenin yeni sevgilisi ÜZƏ ÇIXDI - FOTO
Bizi izləyin

Magazin2

45 yaşlı Gülben Ergenin yeni sevgilisi ÜZƏ ÇIXDI - FOTO

45 yaşlı müğənni Gülben Ergen prodüser Burak Törer ilə sevgili olduğunu etiraf edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Bostancı Mərkəzində verdiyi konsertdə yeni sevgiyə yelkən açdığını təsdiqləyib.

2 il əvvəl məşhur aparıcı Erhan Çelikdən qalmaqallı şəkildə ayrılan ifaçı mətbuat nümayəndələrinin "Burak bəy ilə sevgilisiniz?” sualına bu cavabı verib: "Çox yaxşıyam və xoşbəxtəm".

Burak Törer isə məsələ haqqında "Gülben xanımdan soruşun, cavab vermirəm. O sənətçidir" , - deyə bildirib.

Xatırladaq ki, Gülben Ergenin Mustafa Ərdoğanla 6 illik nikahından 3 oğlu var. Mustafadan boşandıqdan sonra Gülben Ergen Erhan Çeliklə ailə qurub. Onların nikahı 2 ildən az davam edə bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm