Bütün dünyanın GÖZÜ ORADA - Şahzadə Harri və Meqan Marklın toyundan CANLI YAYIM (YENİLƏNİR)
Bizi izləyin

Magazin2

Bütün dünyanın GÖZÜ ORADA - Şahzadə Harri və Meqan Marklın toyundan CANLI YAYIM (YENİLƏNİR)

Britaniya şahzadəsi Harri ilə aktrisa Meqan Marklın Müqəddəs Georgi kilsəsində dini nikah mərasimi artıq başa çatıb. 33 yaşlı şahzadə ilə 36 yaşlı kino ulduzu iki illik münasibətdən sonra rəsmən ər-arvad olub.

***

Bir neçə dəqiqə əvvəl gəlin anası ilə birlikdə kilsəyə gəlib. Təəssüf ki, aktrisanın atası toyda iştirak etməyəcək. Tomas Markl səhhətindəki problemlər üzündən qızının bu əmalətdar günündə yanında olmayacaq.

***

Nəhayət ki, çoxdan gözlənilən gün gəldi!

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə dəqiqədən sonra amerikalı aktrisa Meqan Markl və Britaniya şahzadəsi Harri rəsmən ər-arvad olacaq. Möhtəşəm hadisəni işıqlandırmaq üçün minlərlə fotoqraf və kameraman toplaşıb.

Mərasim Vindzor qəsrində, Müqəddəs Georgi kilsəsində keçirilir. İlk ulduz qonaqlar artıq gəlməyə başlayıb. Dress-kod qaydalarına əsasən qadınlardan toya şlyapada, bəylərdən isə kostyumda gəlmək tapşırılıb. Nikah mərasiminə 600 nəfər dəvət olunub. Mərasimin ilk qonaqları arasında İdris Elba, Opra Uinfri, Serena Uilyams, Ceyms Blant, Çarlz və Karen Spenser, Devid və Viktoriya Bekhem cütlüyü və başqaları var.

Şahzadə ilə 36 yaşlı aktrisanın nikahını David Connor bağlayacaq. Dini nikahdan sonra cütlük at arabası ilə məşhur küçələri gəzərək saraya geri qayıdacaq.

Möhtəşəm toyu izləmək üçün Vindzor qalasının ətrafında da minlərlə insan toplaşıb.

Toyun səbəbkarları qonaqlardan hədiyyələrə pul xərcləməməyi, vəsaiti xeyriyyəçiliyə köçürməyi xahiş ediblər.

Meqan Marklın atası səhhətindəki problemlər üzündən mərasimində iştirak edə bilməyəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm