Ben Afflek boşanır - FOTOLAR
Bizi izləyin

Magazin2

Ben Afflek boşanır - FOTOLAR

Yaraşıqlı aktyor Ben Aflek ilə Cennifer Qarner boşanmaq üzrədir. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün münasibətləri yaxşı deyil.

“Batman” filminin çəkilişlərindən sonra həyat yoldaşı Cennifer Qarner ilə Las- Veqasa istirahətə gedən Ben Afflek "Hardman Rok” qumarxanasında oynayarkən qaydaları pozduğu aşkar edilmişdi. Qumarxananın “arzuolunmaz qonaqlar” siyahısına adı düşən aktyor uzun müddət gündəmdən düşməmişdi. Onun bu asılılığının ailə həyatında ciddi problem yaratdığı da çox yazılmışdı.

Amerikanın “OK” və “Magazine National Enquirer” jurnalının məlumatına görə, ulduz xanımı ayrılıq qərarından sonra məsləhətləşmələr üçün psixoloqa gedir və təzminat olaraq yüz əlli milyon dollar tələb edir.

Deyilənlərə inansaq, nikah hələ bir neçə il əvvəl bitib. Cütlük isə hələ də inadla özünü elə aparır ki, guya hər şey qaydasındadır və hələ ki, rəsmi bir açıqlama yoxdur. Ancaq xarici mətbuatın xəbərinə görə, cütlük uzun müddətdir birlikdə görünmür. Bir-birindən ayrı yaşayır, nişan üzüklərini də taxmırlar. Hollivudun ideal cüt olaraq adlandırdığı ben Afflek və Cennifer Qarner 10 ildir evlidir və üç uşaqları var.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm