16 yaşında aşiq olan Türkiyə gözəli: “Kıvanç Tatlıtuğ mənə uyğundur” - FOTOLAR
Bizi izləyin

Magazin2

16 yaşında aşiq olan Türkiyə gözəli: “Kıvanç Tatlıtuğ mənə uyğundur” - FOTOLAR

Bu il “Miss Turkey” müsabiqəsinin qalibi 18 yaşlı Ecem Çırpan oldu. 1.85 santimetr boyu olan bu füsunkar xanım Türkiyənin ən gözəl qızı seçildikdən bir gün sonra tanınmış jurnalistlərdən birinə müsahibə verib. Publika.az həmin qısa müsahibəni sizə təqdim edir:

- Bir az özündən danış.

- 18 yaşım var. Bursalıyam. İstanbulda çoxlu qohumlarımız var, amma biz Bursada yaşayırıq. Atam pensiyaçıdır, anam isə ev xanımıdır. Bir bacım var.

- Bildiyim qədərilə voleybol oynayırsan.

- Uşaqlığımdan bəri idmana marağım olub. 9 ildir ki, professional olaraq voleybol oynayıram. Hətta Türkiyə qadın milli voleybol komandasında da olmuşam. Ötən mövsüm “Nilüfer Belediyespor”da idim. Amma bundan sonra davam edib etməyəcəyimi bilmirəm, qərarsızam.

- Gözəl olduğunu nə vaxt anladın?

- Deyilənə görə, gözəl uşaq olmuşam. Məni görən insanların reaksiyasından sonra gözəl olduğumu qavradım. Zahiri görkəmimə görə məni qısqananlar olurdu. Çox həssasam. Bunun öhdəsindən gələ biləcəyimə əmin deyildim. Ancaq ətrafımdakı insanlar məni təşviq etdilər və sonunda bu yarışa qatılmağa qərar verdim. 1.85 boyum var, 60 kiloyam.

- Qüsurların var?

- Bilirəm ki, bir az arıqlamalıyam, çünki qarnım çıxır. Bir də dişlərimi düzəltdirəcəyəm.

- Özündə ən çox nəyi bəyənirsən?

- Gözlərimi.

- Özümü sənin yanında cırtdan kimi hiss etdim. Uzun boylu olmaq necə hissdir?

- Uzun boylu olmaq elə də yaxşı şey deyil. Çünki mənfi tərəfləri var. Hər yerdə diqqət çəkirsən. Bütün gözlər üzərində olur. Özünə uyğun paltar tapmaqda çətinlik çəkirsən. Hündürdaban ayaqqabı geyinə bilmirsən. Podiumdakı yerişimi bəyənməyənlər, tənqid edənlər oldu. Amma nəzərə alsınlar ki, mən həyatımda ilk dəfə bu yarışmada hündürdabanlı ayaqqabı geyinmişdim. Rahatlıq mənim üçün çox önəmlidir. Adətən, idman ayaqqabıları və babetlər geyinirəm.

- Həyatında kimsə var?

- İlk dəfə 16 yaşımda eşq yaşamışam. O adamdan bu yaxınlarda ayrıldıq. İndi həyatımda heç kim yoxdur və uzun müddət də olmağını istəmirəm.

- Sevgilin hansı meyarlara cavab verməlidir?

- Xarici görkəmə fikir vermirəm. Amma sevgilimin boyu məndən qısa ola bilməz.

- Çoxlu döymələrin var.

- Sağ biləyimdə ingilis dilində “heç kimə güvənmə” yazılıb. Sol biləyimdə bir ürək şəkli var. Sol qoluma da voleybolla bağlı bir döymə etdirmişəm.

- Adətən, ortaya yeni bir gözəl çıxanda, onu məşhur gözəllərdən birinə oxşadırlar. Səni kimə bənzədirlər?

- Tuba Böyüküstünə oxşadanlar var. Bəyəndiyim aktrisadır.

- Gələcəklə bağlı hansı planların var?

- Böyük planlar qurmamışam. Amma modellikdən çox, aktrisalığa marağım var.

- Hansı aktyorla tərəf müqabili olmaq istəyirsən?

- Boyumu nəzərə alaraq mənə Kıvanç Tatlıtuğun uyğun olduğunu düşünürəm. Buradan ona səslənirəm. Səninlə birlikdə çəkilmək istəyirəm, Kıvanç!

- Musiqi zövqün necədir?

- Gün ərzində əhvali-ruhiyyəm tez-tez dəyişir. Ona görə də qulağıma gözəl gələn hər şeyi dinləyirəm. Deyəsən, arabesk tərzi daha çox sevirəm. Bir də Sezen Aksunu çox dinləyirəm.

- Komplekslərin var?

- Başqalarının fikirləri mənə çox təsir edir. Bəlkə, həssas olduğum üçündür, bilmirəm. Məsələn, sosial şəbəkədə yerişimlə bağlı yazılan tənqidlər məni çox incitdi. Özümə söz vermişəm ki, “Miss World”ə gedənə kimi yerişimi düzəldəcəyəm.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm