• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Təyyarə necə izlənir? - SXEM ( Foto )

  • Maraqlı
  • 14 Mart 2014 09:47
  • 1 924 Baxış
Təyyarə necə izlənir? - SXEM ( Foto )

 

Göyərtəsində 239 sərnişin olan Malayziya Hava Yolları şirkətinə məxsus təyyarəsinin yoxa çıxmasından 5 gün keçsə də, onun izinə düşmək mümkün olmayıb.

 

 

Publika.Az BBC-yə istinadən xəbər verir ki, Kuala-Lumpurdan Pekinə yollanan Boeing 777-200 ER radar ekranlarından şənbə günü saat 01:20 radələrində yoxa çıxıb. Təyyarə yerlə bir sıra sistemlər vasitəsilə təmas saxlayır və belə görünür ki, şənbə günü baş verən olay vaxtı onların hamısı işləməyib.

Nəzarət sistemi hava hərəkəti barədə təfsilatlı məlumat göstərmək üçün koordinatları müəyyən edən adi radar və təyyarədəki transponderdən ötürülən siqnalları bir araya gətirir.

Təyyarələrin izlənməsi

Kommersiya təyinatlı təyyarələr transponderlərlə təchiz olunur. Bu cihaz nəzarət mərkəzindən aldığı radio siqnalları avtomatik şəkildə geri ötürür.

Ən bəsit trasponderlər yalnız təyyarənin yüksəkliyini və 4 hərfli şifrəni ötürür. Bu arada radar stansiyaları davamlı daxil olan məlumatlar əsasında təyyarənin yeri, sürəti və uçuş istiqamətini müəyyən etməyə qadirdir.

Adətən radarın əhatəsi sahildən 150 mil (təqribən 240 km) radiusunda olan sahə ilə məhdudlaşır və onun kənarındakı təyyarələr biri-birilə və mərkəzlə təmasa qısadalğalı radiorabitə vasitisəilə girirlər.

MH370 uçuşunu həyata keçirən Boeing 777-200ER təyyarəsində transponder siqnal otürməyib. Cihaz qəsdən keçirilə və yaxud qəza nəticəsində sıradan çıxa bilərdi.

Nəzarət mərkəzinə daxil olan sonuncu təmas vaxtı heyət – "Oldu, başa düşdüm" mesajını verib. Bu, yoxa çıxmaqdan bir neçə dəqiqə əvvəl təyyarədə hər şeyin normal olduğundan xəbər verir.

 

Transponder keçirilərsə

Transponder siqnalının ötürülməsi dayandırılarsa, təyyarə göydə radiosiqnallar ötürən bütün obyektləri izləməyə qadir olan əsas radar vasitəsilə izlənilə bilər.Əsas radar təyyarənin yalnız təxmini koordinatlarını görür.

Lakin onun mənsubiyyətini müəyyən edə bilmir və hazırda ehtiyat sistemi kimi istifadə olunur.

 

 

Təyyarələr GPS sisteminə malikdirmi?

GPS sisteminin (Qlobal Naviqasiya Sistemi) müasir həyatın ayrılmaz hissəsinə çevrildiyi bir vaxtda qlobal hava hərəkətinə nəzarət, demək olar ki, tamamilə radar sisteminə əsaslanır.

Pilotlar GPS sistemini xəritədə yerlərinin müəyyən edilməsi üçün istifadə edirlər, amma bu məlumat hazırda nəzarət mərkəzlərilə paylaşılmır.

Bəzi təyyarələrdə GPS ADS-B (Automatic Dependent Surveillance-Broadcast) peyk izləmə sisteminə bağlanılır, lakin bu sistem bahalı olduğu üçün o yalnız radar əhatəsindən kənar, ucqar bölgələrdə işlənilir.

Malayziya təyyarəsinin yoxa çıxmasından sonra bu sistemin təkmilləşməsi çox güman ki, diqqət mərkəzinə keçəcək.Aviasiya üzrə ekspert Chris Yates deyir ki, bəzi saytlar GPS-ə əsaslanan ADS-B sistemindən istifadə edir və bunun sayəsində onlayn rejimdə təyyarənin harada olduğunu görmək mümkündür.

2020-ci ilədək ABŞ-da istifadə olunan bütün təyyarələr ADS-B sistemilə təchiz olunmaldır. Güman edilir ki, bu qarşıdan gələn 10 il ərzində radar izləmə sistemini əvəzləyəcək.

Boeing 777, təyyarənin yerini göstərən saytlardan və radar ekranlarından eyni vaxtda yoxa çıxıb.

 

 

ACARS sistemi müəmmanı açmağa kömək edə bilərmi?

2009-cu ildə Air France təyyarəsinin qəzaya uğramasından sonra hadisəni araşdıranlar ACARS sistemindəki mühüm məlumatı öyrəniblər.

ACARS uçuş gedişatında mühərrikdən tutmuş ayaq yoluna kimi təyyarədəki sistemlərin işləməsini əks etdirən məlumatları nəzarət mərkəzinə ötürür.

Bu yerdəki xidmətlərə diaqnostika üzrə mühüm məlumat verir. Air France şirkətinə gəlincə isə ACARS sistemi sürət göstəricilərində nasazlığın olduğunu təsdiqləyib. Lakin Malayziya təyyarəsindən bu kimi məlumatlar daxil olmayıb.

 

Qara qutu

Şox güman ki, Malayziya təyyarəsinin itməsilə ilə bağlı suallara Qara qutunun tapılmasından sonra cavab veriləcək.Qara qutularda GPS quraşdırılmır.

Suyun altına düşən kimi Qara qutu ultrasəsli siqnal ötürməyə başlayır. Lakin bu siqnallar yalnız məhdud məsafədə yayıldığı üçün axtarış aparanların hadisə yerinə yaxın olmaları mühüm şərtdir.

Belə ki, Qara qutunun axtarışı uzun çəkə bilər. Air France şirkətinin təyyarəsindəki Qara qutu qəzadan iki il keçmiş dənizin dibində aşkar olunmuşdu.

 

İsmayıl

Xəbər lenti

DAHA ÇOX XƏBƏR