Bilgi.az
Bu foto görənləri kədərləndirdi – FOTOLAR
Bu fotodakı kişinin sevgi hekayəsi nağıllardakı sevgi romanlarını xatırladır. Belə ki, fotoda təsvir edilmiş təqaüdçü kişi kafelərin birində əyləşərək stolun bir kənarına qoyulmuş qadın portretinə tamaşa edir.
Şəkil Kaliforniyada yerləşən kafelərin birində çəkilib. İnternetdə yerləşdirildiyi andan foto 7 min dəfə paylaşılıb.
Təqaüdçü maraqla ona yaxınlaşan kafe ziyarətçilərinə hadisənin nə yerdə olduğunu açıqlayıb.
Sən demə, kişinin tamaşa etdiyi qadın onun arvadı olub. Onlar 55 il evli olublar və qadın 5 il bundan qabaq vəfat edib. Bundan sonra dərdini dağıtmaq üçün kişi hər dəfə kafeyə gələrək, arvadının fotosuna baxa-baxa hamburger yeyir.
Cütlük 17 yaşda tanış olub. Onlar qısa müddət görüşüblər, sonra kişi müharibəyə yollanıb. Müharibə illərində qadının ailəsi də Kaliforniya ştatından köçüb. Bununla da, cütlük arasındakı əlaqələr itib.
Müharibə illəri dövründə kişi o qadını düşünüb və Amerikaya qayıtdıqdan sonra onu axtarmağa başlayıb. Düz 10 il ərzində sevdiyi qadını axtarmaqla məşğul olan kişi hətta başqa qadınlarla görüşməkdən də imtina edib. Yaxınlaşan qadınlara da "Mən dəlicəsinə aşiq olmuşam", - deyərək özündən uzaqlaşdırıb.
Günlərin birində o, bərbərxanaya gedib və bərbərin qızını görüb. Sən demə, bərbərin qızı kişinin illərlə axtardığı qadın imiş. Maraqlısı odur ki, qadın da bu illər ərzində onu axtarmaqla məşğul olub. Ona görə də onlar qısa zamanda evlənməyi qərara alıblar. Bundan sonra onlar 55 il birgə yaşayıblar.
Arvadı 2009-cu ildə vəfat edənə qədər kişi hər gün onun fotosunu çəkər və hər gün yatmazdan öncə onu öpərmiş. İndi isə tənha qalmış kişi onun şəklini kafeyə aparmaqla arvadının ad gününü və toy ildönümünü tək qeyd edir.
Adı açıqlanmayan kişi deyib: "Mən çox varlı insan olmuşam. Pul ilə yox, sevgi ilə zəngin idim. Mənim arvadımla heç mübahisəmiz də düşməyib. Ancaq biz çoxlu müzakirələr edərdik. Təcrübəli adam kimi məsləhət görərdim: həyat yoldaşınıza hər gün onu sevdiyinizi deyin".
Nura
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu