Bilgi.az
Rassel Kroun: “Biz Türk torpaqlarını işğal etmişik” - Video
Dünya şöhrətli avstraliyalı aktyor və rejissor Rassel Krounun Türkiyədə çəkdiyi "Su pərisi" ("The Water Diviner") filmi ilə bağlı səsləndirdiyi fikirlər ölkəsində mübahisələrə səbəb olub.
Axar.az xəbər verir ki, aktyor "Kanal 7" televiziya kanalında dəvət olunduğu verilişə "Adidas" markalı idman geyimləri ilə gedib. Aktyorun bu hərəkəti və Çanaqqala savaşı haqqında dedikləri sosial şəbəkələrdə bəzi pərəstişkarları tərəfindən tənqid olunub.
Aparıcı Mayk Uilesin suallarına cavab verən aktyor belə deyib: "Məncə, 100 il sonra bu mifologiyaya aydınlıq gətirmək lazımdır. Millət olaraq yetkin davranıb qarşı tərəfin danışdığı hekayəni də dinləməliyik. Çünki bilirsiniz biz gedib aramızda heç bir anlaşılmazlıq olmayan müstəqil bir ölkəni işğal eləmişik".
Aparıcı ilk dəfə belə fikir eşitdiyini dilə gətirib, aktyor isə belə deyib:
"Qəhrəmanlıqlar haqqında istədiyimiz qədər danışa bilərik, mənim üçün daha vacibi heç nədən məhv olan həyatlardır".
Xatırladaq ki, film Çanaqqala döyüşündən 4 il sonra müharibədə həlak olan 3 oğlunun məzarını tapmaq üçün Çanaqqalaya gələn avstraliyalı bir atanın yaşadıqlarından bəhs edir. Filmin premyerası dekabrın 2-də Sidneydə, dekabrın 3-də Melburnda olacaq.
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi