• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İtdən insanlıq nümunəsi - FOTOLAR

  • Maraqlı
  • 28 Noyabr 2014 15:52
  • 522 Baxış
İtdən insanlıq nümunəsi - FOTOLAR

Sibirdə "Maşa" ləqəbli it xəstəxanada iki il bundan əvvəl dünyasını dəyişən sahibinin yolunu gözləyir.

Publika.az xəbər verir ki, heyvan hətta hər gün bununla bağlı xəstəxanada növbə tutur.

"Maşa"nın sahibi 2012-ci ildə səhhətində yaranmış problemlə balı bu xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilmədiklərindən dünyasını dəyişib. Həmin gündən "Maşa"nın xəstəxananın giriş hissəsində dayanıb sahibinin yolunu gözləməsi həsrəti başlayıb. İt artıq iki ildir hər axşam sahibinin mənzilini oğrulardan qorumaq üçün evə gedir, gündüzlər isə xəstəxananın girişində uzanıb onun yolunu gözləyir. Xəstəxananın həkimi Vladimir Bespolatov 2012-ci ildən buranı özünə məskən seçən itlə bağlı maraqlı faktları açıqlayıb:

"Gözlərinə baxanda nə qədər qəmgin olduğu açıq-aydn bilinir". Alla Vorontsova adlı vətəndaş isə bildirib ki, bir müddət əvvəl qonşulardan biri onu evinə aparıb. Ancaq heyvan yenə qayıdaraq xəstəxanaya gəlib: "O, ancaq sahibinin yolunu gözləyir. Bir nəfər ona sahiblənmək istədikdə bundan imtina edib xəstəxanaya qayıtdı.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR