• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Stalinqrad döyüşünün sirri - Stalinə astroloq köməyi

  • Maraqlı
  • 6 Fevral 2015 10:53
  • 1 603 Baxış
Stalinqrad döyüşünün sirri - Stalinə astroloq  köməyi

Tarixin ən qanlı və yəqin ki, sirli müharibələrindən biri də Stalinqrad döyüşüdür.

Publika.az döyüş haqqında 7 sirli faktı təqdim edir.

Stalinqradda həm Qırmızı Ordu, həm də vermaxt komandanlığı naməlum səbəblərdən döyüşün gedişatını dəyişib. Qırmızı ordu müharibənin başlanğıcından müdafiə taktikası yürüdürdü. Vermaxt isə bu vaxta qədər qanlı müharibələrdən boyun qaçırmağa çalışırdı. Lakin Stalinqrad müharibəsində hər iki tərəf öz prinsipini unudaraq, qanlı döyüşə girir. Müharibə 1942-cı il avqustun 23-də alman hərbçilərinin şəhəri kütləvi bombalamasından sonra başlayır. Nəticədə, 40 min insan həlak oldu.

Şəhərin altında iti yeraltı kommunikasiya sistemi mövcud olub. Müharibə zamanı yeraltı sistemdən həm sovet, həm də alman hərbçiləri yararlanıb. Maraqlısı odur ki, alman hərbçiləri şəhərə daxil olmazdan öncə öz yeraltı sistemlərini hazırlayırdılar. Yeraltı tikintilər Stalinqrad müharibəsi sona çatana kimi davam etdi. 1943-cü ilin yanvarında alman hərbçiləri müharibədə məğlub olduqlarını anladıqda, yeraltı sistemi partlatdılar. Yeraltı sistemin çəkilmə səbəbləri bu günədək də naməlum olaraq qalır. Alman əsgərlərindən birinin yazdığı gündəlikdə kinayə ilə bildirir ki, yeraltı sistem vasitəsilə komandanlıq cəhənnəmədək getmək və şeytanları köməyə çağırmaq istəyirmiş.

Bəzi ezoteriklər hesab edir ki, Stalinqrad döyüşündə sovet rəhbərliyinin strategiyasına astrologiya da təsir edib. Məsələn, sovet qoşunlarının "Uran" əks-hücum əməliyyatı 1942-ci ilin noyabrın 19-da saat 7:30-da başlayıb. Həmin vaxt Mars planeti horizont xətti üzərində (romalıların müharibə allahı), Uran planeti isə horizont xəttindən aşağıda olub. Maraqlıdır ki, sovet rəhbərliyi Cənub-Qərbi cəbhədə "Saturn" əməliyyatına hazırlaşırdı. Ən son məqamda əməliyyat "Kiçik Saturn"la əvəzləndi. Antik əfsanəyə (yunan mifologiyası) görə, Saturn Uranı axtalayıb.

Müharibə bir çox işarə və əlamətlərlə müşayiət olunub. Belə ki, 51-ci orduda böyük leytenant Aleksandr Nevskinin rəhbərliyi altında silahlı dəstə mübarizə aparıb. O vaxt Stalinqrad cəbhəsinin təbliğatçıları sovet zabitinin Çad gölü yaxınlığında almanları məğlub edən dahi knyazın nəslindən olması haqda şayiələr buraxdılar. Lakin bu vaxt alman tərəfdə heç vaxt ruslarla müharibə aparmamaq barədə xəbərdarlıq edən Bismarkın nəticəsi döyüşürdü. Yeri gəlmişkən qeyd edək ki, alman kansleri Bismarkın kötücəsi sonradan ruslara əsir düşdü.

Müharibə zamanı sovet tərəfi rəqibə psixoloji təsir etmək üçün inqilabi yenilik tətbiq etdi. Belə ki, səsgücləndiricilərlə eşidilən alman musiqisi Stalinqrad cəbhəsi boyu Qırmızı ordunun qələbə xəbərləri ilə kəsilirdi. Lakin effektiv üsul kimi alman dilində bu xəbər verilirdi: "Hər 7 saniyədən bir cəbhədə alman əsgəri həlak olur".

Bir çox alman əsgər və zabitləri Stalinqrad müharibəsini belə xatırlayır: onlar sanki ayrı dünyaya düşüblər. Bu dünyada alman pedantlığı və rasionallığı yoxa çıxmışdı. Çünki alman rəhbərliyi mənasız əmrlər verirdi. Məsələn, ikinci dərəcəli məntəqələrdə baş verən küçə döyüşlərinə alman generalları yarım mindən çox şəxsi döyüşçüsünü cəlb edə bilərdi. Ən absurd məqamlardan biri isə alman aviatorlarının havadan mühasirədə olan faşistlərə yemək və hərbi mundir əvəzinə xəzdən olan qadın kürkləri atırdılar.

Müharibə bitdikdən sonra fevralın əvvəllərində, sovet hökuməti ziyan çəkən şəhərlərin yenidən qurulması məsələsinə baxdı. Stalin Stalinqrad şəhərinin kökündən bərpa olunmasında təkid edirdi. Çünki Mamayev kurqanına o qədər mərmi atılmışdı ki, orada düz 2 il ot bitmədi.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR