• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ailə dramı: “Övladımı bir barmaqla böyüdürəm” - FOTO

  • Maraqlı
  • 30 Mart 2015 19:36
  • 651 Baxış
Ailə dramı: “Övladımı bir barmaqla böyüdürəm” - FOTO

Türkiyənin Trabzon şəhərində sol qolundan məhrum, sağ qolu qısa və təkbarmaqlı olan Melih Polad adlı qadın 2 yaşlı qız övladı Nisəni ayaqları kəsilmiş əri Hikmətlə bir yerdə böyük çətinliklə böyüdür.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük telekanallardan birindəki musiqi proqramı vasitəsilə tanış olub. Ailə qurmağa qərar verən Melih və Hikmət doğmalarının bu izdivaca qarşı çıxmasına baxmayaraq 2010-cu ildə evliliklərini rəsmiləşdiriblər. Əlillik problemləri olan cütlük maddi imkansızlıqlarına baxmayaraq bir-birlərinə dəstək olur. İki il bundan əvvəl Nisə adlı övladlarının dünyaya gəlməsi sevincini yaşayıblar. Körpəni qolları arasına alan cütlük qızın sağlam böyüməsi üçün əllərindən gələni edir. Lakin fiziki qüsuru olan ailə başçılarının yardıma ehtiyacları var.

Anadangəlmə sol qolunun olmadığını, sağ qolunun qısa, üstəlik tək barmaqlı olduğunu deyən qadın bildirib ki, qızına ərinin və qohumlarının yardımıyla qayğı göstərir: "Həyat yoldaşımın ayaqları olmadığından gəzə bilmir. Mənim isə qollarım yoxdur. Mənim evdə görə bilmədiyim işləri ərim görür. Onu edə bilmədiklərini isə mən edirəm. Beləcə bir-birimizi tamamlayırıq. Amma qızımız çox tez böyüyür. Uşaq çox nadincdir və bir yerdə dayanmır. Artıq ikimiz də ona çata bilmirik.

Ona görə də qızımın yıxılacağı, ya da küçədə onu maşın vuracağı qorxusu ilə yaşayıram. Qollarım olmadığından küçədə onu tuta, gücüm olmadığından saxlaya bilmirəm. Bu günə qədər qızımı ərimin köməyi və tək barmağımla böyütdüm. Onun bezini isə ayaqlarımda dəyişdirdim. Ancaq indi bunu bacarmıram və qızıma baxa biləcək əli, ayağı olan köməkçi axtarıram".

Polad qızını xoşbəxt böyütmək istədiyini dilə gətirərək "Övladımın saçını sığallaya, bir yerə yığa bilmirəm. Övlada yardımçı ola bilməmək qədər pis şey yoxdur" deyə əlavə edib. Uşağın atası Hikmət Polad isə avtomobil qəzasının onu bu vəziyyətə saldığını söyləyib.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR