• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kino çəkilişlərində baş verən qəribə əhvalatlar: Lənətlənmiş aktyorların hamısı öldü - FOTOLAR

  • Maraqlı
  • 24 İyun 2015 22:31
  • 2 278 Baxış
Kino çəkilişlərində baş verən qəribə əhvalatlar: Lənətlənmiş aktyorların hamısı öldü - FOTOLAR

Sıravi tamaşaçı kinonun necə ərsəyə gəldiyini bilmir və bu prosesi əyləncəli və maraqlı hesab edir. Lakin çox az adam bilir ki, sevə-sevə baxdığımız filmlər nəinki aktyor və kaskadyorların zəhməti ucbatına, hətta onların həyatı bahasına da başa gəlir.

Publika.az aktyor və film heyətinə bədbəxtçilik gətirən bir neçə filmləri təqdim edir.

Gecə nəzarətçisi

Məşhur rus estrada ifaçısı Janna Friskenin "Gecə nəzarətçisi" filminin qurbanına çevrilməsi haqda söz-söhbətlər hələ də səngimək bilmir. Aktrisa kimi fəaliyyət göstərən Janna filmdə baş rollardan birini ifa edib. Onun ölümündən sonra, filmin çəkiliş meydanında baş verən qəribə əhvalatlardan daha ətraflı danışmağa başladılar.

Məsələn, "Gecə nəzarətçisi" filminin çəkilişləri zamanı orada ağ cadugər obrazını oynayan Aleksey Maklakovun anası insultdan ölüb, özü isə çəkiliş bitdikdən sonra mikro infarkt keçirib.

Filmdə sehrbaz rolunu oynayan Mariya Poroşina ayağını sındırıb, Konstantin Xabenskinin atası vəfat edib. Bu azmış kimi, Xabenskinin arvadının sağalmaz xəstəliyə düçar olması haqda xəbər yayılıb və qadın tezliklə xərçəngdən vəfat edib. Bütün bu sadalananlar film çəkilişləri gedən müddətdə baş verib. Filmdə ifritə rolunu oynayan Rimma Markova isə xərçəngdən dünyasını dəyişib. Bundan əlavə, filmdə vampir rolunu oynayan Valeri Zolotuxin də xərçəngdən ölüb.

Mənim sərhədim

"Mənim sərhədim" filminin çəkilişləri zamanı rejissor Andrey Rostoski həlak olub. Belə ki, 2002-ci ildə mayın 5-də Rostoski filmini çəkmək üçün məkan kimi "Qızın Göz Yaşları" şəlaləsini seçib. Şəlalə alpinistlərin ən çox ziyarət etdiyi yerlərdən biri hesab olunur. Onun özü də kaskadyor olduğu üçün qayalı şəlaləyə sığortasız qalxıb. Lakin Andrey tarazlığını itirərək 30 metr hündürlükdən yerə yıxılıb. Onun əlləri, ayaqları qırılıb, ənsəsi deşilib. Onu dərhal xəstəxanaya apardılar. Həkimlər onun sağ qalma şansının olmadığını biliriblər. Andrey əməliyyat stolunun üzərində vəfat edib. Bir neçə aydan sonra Andreyin atası vəfat edib. Sevimli oğlunun və ərinin ölümünə dözməyən Andreyin anası insult keçirib.

Daş üzərində çiçək

"İvanna" filmi İnna Burdunçenkonu nəinki, Sovetlər İttifaqında hətta, Avropada da məşhurlaşdırdı. Lakin filmin baş qəhrəmanı İnnanın ssenariyə uyğun olaraq Allahdan üz döndərərək boynundakı xaçı qırıb atması mənfi reaksiya yaratdı və Roma papası XXIII Yohann filmin çəkilişi ilə əlaqəli olan hər kəsi lənətlədi. Çox keçmədən filmlə əlaqəli olan 7 nəfər həlak oldu. Onların arasında gənc aktrisa İnna da vardı. Belə ki, İnna "Daş üzərində çiçək" filminin çəkilişləri zamanı yanan binaya qaçmalı idi. İnna üçüncü dublda qaçarkən yanan bina aşdı və aktrisa ilə yanaşı çəkiliş meydanındakı digər şəxslər də həlak oldu.

Rabitə

2002-ci il sentyabrın 20-də "Rabitə" filminin çəkilişləri üçün filmin rejissoru Sergey Bodrov da daxil olmaqla 100-ə yaxın şəxs Osetiyanın Aşağı Karmadon dərəsinə yollanmışdı. Lakin Cimara dağında baş verən qar uçqunu çəkiliş qrupunun yerləşdiyi Karmadon dərəsini örtdü. 13 ildir o insanlardan xəbər-ətər yoxdu. Onların meyitləri hələ də, aşkar edilməyib.

Fateh

1956-cı ildə ekranlaşdırılmış "Fateh", kino tarixində ən dəhşətli filmlərdən biri hesab olunur. İş ondadır ki, filmin çəkilişləri nüvə sınaqları keçirilən poliqonda baş tutub. Radiasiyanın səviyyəsi o qədər yüksək olub ki, nəticədə filmə çəkilən aktyorların əksəriyyəti tezliklə vəfat edib. Belə ki, 220 komanda üzvündən 92-də xərçəng aşkar edilib. Baş rolların ifaçısı və rejissor da xərçəng xəstəliyindən ölüb.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR