• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Gəlinlikdəki keçi, delfin ər – heyvanlarla ailə quran insanlar – dünyanın qeyri-adi toyları - FOTOLAR

  • Maraqlı
  • 1 İyul 2015 21:55
  • 1 546 Baxış
Gəlinlikdəki keçi, delfin ər – heyvanlarla ailə quran insanlar – dünyanın qeyri-adi toyları - FOTOLAR

Görəsən bizim toy mərasimlərində doğmalarımıza, dost və tanışlarımıza ünvanladığımız "Allah xoşbəxt eləsin", "Oğullu-qızlı olasınız", "Qoşa qarıyın" – kimi arzularımız dünyanın bəzi ölkələrində rast gəlinən qəribə toy mərasimlərində də ifadə olunurmu? Söhbət bir sıra ölkələrdə keçirilmiş və getdikcə dəb halını alan qeyri-adi nikah mərasimlərindən gedir.

Publika.az dünyanın əcaib toy mərasimlərini təqdim edir:

Bir çoxları məhz Mark Metyusu qeyri-adi toy mərasimini ilk dəfə reallaşdıran "bəy" hesab edir. O, 1992-ci ildə sevimli atı ilə toy edərək öz yaxınalarını təəccübləndirmişdi. Düzdür, bu qeyri-rəsmi nikah mərasimi hələ 6 il gizli qaldı. Markın sevimli atı ilə münasibətləri 1998-ci ildə ictimailəşdi. Həmin il telekanallardan birində bununla bağlı tok-şou da efirə getdi. Elə bu görüntülər də həmin verilişin sonunu gətirdi.

18 yaşlı Basti Nqura Alit 2010-cu ildə özünün əcaib "sevgi" münasibəti ilə hər kəsi şoka saldı. O, açıq-aşkar elan etdi ki, inəyini sevir. Alit 2010-cu ildə inəklə münasibətlərini rəsmiləşdirdi. Çünki həmvətənləri onu qədim adət-ənənələrlə özünə toy etməyi məcbur etdilər.

Milyoner Şaron Tendler də öz "xoşbəxt"liyini delfində gördü. Varlı qadın rəsmi nikahla və dəbdəbəli toy mərasimi ilə sevimli delfini Sindiyə ərə getdi. O, gələcək həyat yoldaşı ilə İsrailin Eliat şəhərində keçirilmiş tədbirdə tanış olmuşdu. Qadın sevdiyi delfini özünə öyrətmək uçun ömrünün bir neçə ilini ona həsr etmişdi.

Toy mərasimində dostlarının əhatəsində xoşbəxt görünməyə çalışan, əlində buket tutmuş Şaron ağ gəlinlik paltarında idi. Qeyri-adi toyun ən maraqlı yeri Şaronun delfin əri ilə öpüşməsi üçün dostları tərəfindən suya atılması olub. O, bildirib ki, özünü çox xoşbəxt hiss edir.

Amma bu xoşbəxtliyin ömrü cəmi 7 ay çəkib. Şaronun sevimli delfini Sindi ölüb və milyoner qadın onu dənizdə dəfn edib.

Hindistanın qadın sakinlərindən biri Hindi isə qeyri-adi sevgisini ilana bəxş edib. Orissdən olan qadının kobra ilanı ilə sevgisi ilanın müalicə olunduğu vaxtlar başlayıb. Qadının müalicə etdiyi ilanla qeyri-adi toy mərasimi 2000-ci ildə onun qohumlarının, dost və tanışlarının iştirakı ilə baş tutub. Təbii ki, xüsusi ənənələrlə keçirilən əcaib toya "oğlan evi"ndən heç kim dəvət olunmayıb.

Almaniya vətəndaşlarından biri isə özünün xəstə, Sesilya ləqəbli pişiyi ilə münasibətlərini rəsmiləşdirib. Poçt idarəsinin subay işçilərindən olan Uve Mitçşerlix bu qeyri-adi qərarını Sesilyanın subay ölməsini istəməməsi ilə əsaslandırıb. Qoca, lakin subay poçtalyon özünün yeganə sevgilisi ilə 10 il əvvəl tanış olduğunu deyib. Bildirib ki, tərəflər uzun müddətli münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər. Uve Mitçşerlix sevgilisi ilə nikaha girib. 15 yaşlı, piylənmədən və astmadan əziyyət çəkən pişik ölümün bir addımlığında olsa da, Uve Mitçşerlix onunla evlnmək qərarında qəti olub. Pişiyin əri bildirib ki, Sesilya ondan heç vaxt ayrılmır: "Biz mütəmadi olaraq söhbət edirik. Hər gün saatlarla ünsiyyətdə oluruq".

Hindistanda yaşayan 9 yaşlı qız isə itə ərə getməsini mənsub olduğu tayfasının vəhşi adət-ənənələrinə, dözülməz qaydalarına qarşı çıxması ilə əsaslandırıb. Nümayişkaranə şəkildə itlə nikaha girən qızcığaz bunu qəddar "şahzadələr"dən (ərlərdən) yaxa qurtaramaq üçün edib. İtlə qızın toy mərasimlərinə 100-dən çox qonaq qatılıb. Qonaqlar rəqs ediblər və toyu spirtli içkilər içməklə başa vurublar. Toyun təşkilatçıları bildiriblər ki, əgər itlə qızın xasiyyətləri uyğun gəlməsə, cütlük ayrıla, 9 yaşlı qızcığaz hər hansı oğlana ərə gedə bilər.

Dünyanın qeyri-adi toy mərasimləri ilə bağlı faktları bununla yekunlaşdıra bilərdik. Təbii ki, əgər insanın keçi ilə evlənməsi, anormal nikah mərasimi haqda məlumatı əldə etməsəydik. Qonşuları tərəfindən gecə vaxtı keçi ilə çılpaq şəkildə aşkarlanan Sudan sakini Çarlz Tombe qaydalara uyğun olaraq öz sevgilisi ilə evlənməyə məcbur oldu. Həmvətənləri nədənsə bu məsələyə cinayət hadisəsi kimi yox, adi olay kimi yanaşdılar. Sadəcə olaraq Çarlz "qız evi"nə başlıq kimi 50 dollar pul verib. Bundan sonra isə "xanımı" ilə evlənib. Tombe polisi bunun cinayət hadisəsi olduğunu iddia etsə də, bəy həbs edilməyib. Amma cütlüyün xoşbəxt günləri çox çəkməyib, keçi tezliklə ölüb.

Avstraliya sakinlərindən birinin iti ilə evlənməsi də əcaib toylar siyahısına aiddir. Tuvumb sakini sevimli iti ilə nikaha girərək özü üçün təntənəli toy edib. O, mətbuata müsahibəsində sevgilisi Xani ilə münasibətlərinin 5 ildir davam etdiyini açıqlayıb. İti ilə münasibətlərindən danışan bəy "bu, əsl, saf sevgidir", deyə bildirib və ardınca əlavə edib: "Bir dəfə biz gəzintiyə çıxmışdıq. Mən Xaniyə evlənməyi təklif etdim. O, mənə heç bir cavab vermədi. Düşündüm ki, bu, razılıq əlamətidir. Buna görə də qərara aldım ki, Xani ilə evlənim".

Nepalda 75 yaşlı qoca isə sevimli iti ilə evlənib ki, maraqlı həyatını davam etdirsin. Bu münasibətlə nikaha girmiş cütlük xüsusi toy mərasimi də düzənləyiblər. Lakin qeyri-ənənəvi sevgi münasibətlərinin ömrü çox da uzun olmayıb. Belə ki, 75 yaşlı qoca 3 gün sonra qəfil dünyasını dəyişib.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR