Ən heyrətamiz hotellər: dalğaların, balıqların, heyvanların əhatəsində - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Ən heyrətamiz hotellər: dalğaların, balıqların, heyvanların əhatəsində - FOTOLAR

Müştərilərin diqqətini çəkmək istəyir.

Son dövrlərdə dünyada yaşanan hotel tikintisi bumu bu il daha da sürətlənib. İlin əvvəlindən bir çox yeni hotel və hostellər açılaraq istifadəyə verilib. Onların arasında diqqət çəkənləri çoxdur. Bəziləri qeyri-adi dizaynla, digərləri göstərilən xidmətlərlə, bir başqası ölçüsünə görə müştərilərin diqqətini çəkmək istəyir.

Publika.az son bir ildə turistləri heyrətləndirən hotelləri diqqətinizə çatdırır:

1. Qonşu Gürcüstanda açılmış Quadrum hoteli – Qış turizm mərkəzi olan Quduaridə martın əvvəlində istifadəyə verilmiş bu hotel yük konteynerlərindən düzəldilib.

2. Yaponiyanın Tokio şəhərində yerləşən The Book and Bed hosteli – kitab şkafının içində yataqlar yerləşir. Burda kitab oxuya-oxuya şirin yuxuya dalmaq olar. Hər kitab “şkafı”nın ayrıca lampası və kənar baxışlardan gizlənmək üçün pərdəsi də var.

3. Dünyada bir ilk – dəniz xilasediciləri üçün nəzərdə tutulmuş qüllədə salınan hotel. İsrailin Tel-Əviv şəhərinin Frişman çimərliyində yerləşir. Qüllə ikimərtəbəli lüks otaqdan ibarətdir.

4. Hotelləri ilə göz oxşayan Maldiv adalarında daha bir heyrətamizi açılıb. Bu hotelin restoranı nəhəng akvariumun içində yerləşir. Şəffaf tunelin arasında yerləşdirilmiş restoran yeməkdən çox, baxmaq üçün idealdır.

5. İspan dizaynerlərinin bu hoteli, daha doğrusu ikinəfərlik nömrəsinə səyyar hotel demək olar. Belə ki, müştərinin ürəyi təbiətin hansı güşəsini istəsə Drop Box adı almış kabina hotel orada yerləşdirilə bilər.

6. Yaponiyanın Henn na Hotelində müştərilərə robotlar xidmət edir. Özü də pələng, ayı, dinozavrlar formasında! Təsəvvür edin çamadanınızı ayı daşıyır, süfrəni dinozavr açır...

7. İlin əvvəlində Sinqapurun mərkəzində Oazis adlı hotel fəaliyyətə başladı. 27 mərtəbəlik bu hotelin üstü qırmızı tora tutulub. Torun üstü ilə təbii ot örtüyü salınıb. 314 nömrəlik bu hotelin alt hissəsində ofis və mağazalar da xidmət göstərir.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm