Məhəmməd Peyğəmbəri təhqir edən jurnal yenə DİNC DURMADI - FOTO
Bizi izləyin

Maraq dünyası

Məhəmməd Peyğəmbəri təhqir edən jurnal yenə DİNC DURMADI - FOTO

Bu dəfə...

Müxtəlif karikaturaları ilə zaman-zaman aranı qatan Fransanın satirik jurnalı “Şarl Hebdo” yenə dinc durmadı.

Publika.az xəbər verir ki, jurnal bu dəfə prezidentliyə namizəd Emmanuel Makronu və onun özündən 24 yaş böyük olan xanımını ələ salıb. Şəkildə Bricit Makron öndə təqdim olunur və illər əvvəl müəllimlik etdiyi kimi, indi də Emmanuelə göstərişlər verir.

Xatırladaq ki, Şarl Hebdo dərgisi fəaliyyəti ərzində dini-siyasi məzmunlu karikaturalar yayımlayıb. Xristian, İslam və Yəhudilik kimi səmavi dinlərlərin müqəddəs hesab edilən inancları ilə bağlı silsilə karikaturalar dərc edir. 2011-2012-ci illərdə Məhəmməd Peyğəmbərin (s.ə.v.) də şəxsiyyətini alçaldan karikatura yayımlamışdı ki, bu müsəlman dünyasının kəskin etirazına səbəb olmuşdu. “Şarl Hebdo”nu ən çox məhkəməyə verənlərdən biri isə Katolik kilsəsidir. Belə ki, Vatikan və İsa Məsih barədə müxtəlif məzmunlu karikaturaları ilə qəzet xristian dünyasının böyük etirazına səbəb olub.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm