MDB
“Putin Trampla görüşə hazırdır, amma…” – Moskvadan CAVAB
Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla görüşə hazırdır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.
“Prezident Putin belə görüşə hazırdır”, - agentlik Lavrovdan sitat gətirib.
Nazirin sözlərinə görə, sammitə hazırlıq hələ başlamayıb. Həmçinin, Lavrov bildirib ki, Rusiya Trampın Putinlə görüş haqqında öz təklifini konkretləşdirməsinə ümid edir.
“Biz ABŞ və Rusiya prezidentləri arasındakı telefon söhbətinə əsaslanırıq. (Telefon söhbəti martın 20-də reallaşıb –red.) Burada heç bir sirr yoxdur, Amerika lideri belə bir dəvət göndərib və deyib ki, Rusiya prezidentini Ağ Evdə görməkdən şad olacaq. Amma biz bu təklifin konkretləşdirilməsini istəyirik”, - Lavrov qeyd edib.
Daha əvvəl Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib ki, ABŞ prezidenti Vladimir Putinə Vaşinqtonda görüşməyi təklif edib.
“Bizim prezidentlər telefonla danışarkən Tramp ilk görüşü Vaşinqtonda, Ağ Evdə keçirməyi təklif edib. Bu, kifayət qədər maraqlı və pozitiv ideyadır" – deyə o, bildirib.
Uşakov qeyd edib ki, görüşün vaxtı hələlik müəyyən edilməyib: “Əgər hər şey normal olsa, ümid edirəm ki, amerikalılar zirvənin keçirilməsi imkanını müzakirə etmək təklifindən imtina etməyəcəklər”.
Aprelin 16-da isə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, Tramp əvvəlki kimi Putinlə görüşmək niyyətindədir.
“Prezident Putinlə görüşmək istəyərdi. O, hesab edir ki, əgər onlar arasında yaxşı münasibətlər yaranarsa, bu, bütün dünya üçün daha yaxşı olacaq. Amma bu, Rusiyanın hərəkətlərindən asılı olacaq”, - Ağ Evin sözçüsü deyib.
Sanders bildirib ki, Vaşinqton Moskvanın davranışında dəyişikliklərə ümid edir.
Ömər Dağlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi