Bəstəkar Sərdar Fərəcov yeni əsərlər üzərində işləyir
Bizi izləyin

Mədəniyyət

Bəstəkar Sərdar Fərəcov yeni əsərlər üzərində işləyir

Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov beynəlxalq festivallarda səslənəcək əsərlər üzərində işləyir.

Türkiyə Musiqi Dərnəyinin sifarişi ilə tanınmış şair Nəcib Fazil Qısakürəyin seçilmiş əsərləri əsasında hazırladığı oratoriya bu qəbildəndir. Simfonik orkestr, xor və 8 solist üçün yazılan bu əsər yaxın vaxtlarda hazır olacaq. Əsər Ankarada keçiriləcək musiqi festivalında səslənəcək.

S.Fərəcov hazırda bir opera və bir balet üzərində çalışdığını da qeyd edib. Yaxın günlərdə baş tutacaq Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Bəstəkarlar Cəmiyyətinin ortaq layihəsi olan "6 bəstəkar və 6 şair" layihəsində bəstəkar da öz əsərləri ilə təmsil olunacaq.

Bəstəkar tamaşalar üçün yazılan musiqi sahəsindəki yaradıcılığını da davam etdirir. Son vaxtlar bəstəkar bu qəbildən olan "Nadir şah" , "Yaşlı xanımın gəlişi" və " Ölüləri qəbiristanlıqda basdırın" tamaşalarına musiqi əsərləri bəstələyib.

Qeyd edək ki, S. Fərəcov 50-dən çox tamaşaya musiqi yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm