Azərpaşa Nemətov "Hacı Murad"a quruluş verir
Bizi izləyin

Mədəniyyət

Azərpaşa Nemətov "Hacı Murad"a quruluş verir

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, rejissor Azərpaşa Nemətov görkəmli rus yazıçısı Lev Tolstoyun “Hacı Murad” əsəri üzərində işləyir. Əsər yeni teatr mövsümündə Akademik Milli Dram Teatrının səhnəsində tamaşaçıların ixtiyarına veriləcək. Hazırda əsər üzərində işləyən rejissor bu barədə çoxdan düşündüyünü və işə başladığını qeyd edib.

Tamaşanın 2016-cı ilin fevralında təhvil veriləcəyi gözlənilir. Baş rolu Xalq artisti Fuad Poladov ifa edəcək.

A.Nemətov “Tufandan əvvəl”, "Biganələr oteli”, “Ah, Paris, Paris!”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Hamlet”, “Boy çiçəyi”, “Şah Qacar” və. s əsərlərə quruluş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm