“Azdrama”da baş verənlərə Mədəniyyət və Turizm Nazirliyindən reaksiya
Bizi izləyin

Mədəniyyət

“Azdrama”da baş verənlərə Mədəniyyət və Turizm Nazirliyindən reaksiya

Akademik Milli Dram Teatrında qalmaqal səngimir. Bu dəfə Teatrın ədəbi hissə müdiri Atababa İsmayıloğlu tutduğu vəzifədən kənarlaşdırılıb.

Publika.az aznews.az saytına istinadən xəbər verir ki, Atababa İsmayıloğluna işdən azad olunması barədə kadrlar şöbəsindən məlumat verilib və bu, direktor İsrafil İsrafilovun tapşırığı ilə əsaslandırılıb. İşdən azad edilməsi ilə razılaşmayan ədəbi hissə müdiri baş verənləri özbaşınalıq adlandıraraq bu məsələ ilə bağlı müvafiq nazirliyə müraciət edəcəyini, nazir müavini Ədalət Vəliyev ilə görüşüb, şikayət etmək istədiyini də əlavə edib.

Bununla bağlı Publika.az “Azdrama”-nın direktoru ilə əlaqə saxlamağa çalışıb. Lakin İsrafil İsrafilov nə iş, nə də mobil telefonlarına cavab verməyib.

Maraqlıdır, görəsən, “Azdrama”da xeyli vaxtdır davam edən narazılıqlarla bağlı Mədəniyyət və Turizm Nazirliyi məlumatlıdırmı?

Sektor müdiri İntiqam Hümbətov Publika.az-a açıqlamasında getdikcə gərginləşən münasibətləri Teatrın daxili məsələsi adlandıraraq narazılıqları nazirlik səviyyəsinə qaldırmamağı məsləhət görüb.

“Teatr nazirliyin tabeliyində olsa da, müstəqil qurumdur. Teatrların direktorunu nazir təyin edir. Kimi işə götürmək, kimi işdən çıxarmaq işlərinə teatrın drektoru baxır. Hər işdən çıxan adamı nazirlik səviyyəsinə qaldırmaq lazım deyil”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm