Mədəniyyət
Müslüm Maqomayevin anım mərasimi keçiriləcək
17 avqust Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etmiş Müslüm Maqomayevin doğum günüdür. Pərəstişkarları, musiqisevərlər 7 il öncə dünyasımı dəyişən görkəmli sənətkarın doğum gününü Bakıdakı məzarı önündə qeyd edirlər.
Publika.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, avqustun 17-də saat 17.30-da Fəxri Xiyabanda Azərbaycanın və SSRİ-nin Xalq artisti, böyük müğənni və bəstəkar Müslüm Maqamayevin anım mərasimi keçiriləcək. Mərasimdə sənətkarın yaxınları, sənət dostları, rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ildə Bakıda
anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19
yaşında Helsinkidə gənclər festivalının qalibi olub. 1969-cu ildə
Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb.
İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib.
Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət
Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub.
Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil
Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.
2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib. Müğənni doğma
şəhəri Bakıda Fəxri Xiyabanda dəfn edilib.
Anar Tağıyev
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu