"Bakı-2015: Xoşbəxt anlar" adlı fotosərgi açılacaq
Bizi izləyin

Mədəniyyət

"Bakı-2015: Xoşbəxt anlar" adlı fotosərgi açılacaq

İyulun 15-də "Kiçik QalArt" qalereyasında birinci Avropa Oyunlarına həsr olunmuş "Bakı-2015: Xoşbəxt anlar" adlı fotosərgi açılacaq.

Sərgi "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil ediləcək.

"Arts Council Azerbaijan" təşkilatından Publika.az-a verilən məlumata görə, oyunlar zamanı yaşanan ən xoşbəxt anları və emosiyaları əks etdirən fotoların nümayiş olunacağı sərgi iyulun 22-dək davam edəcək.

Tədbirdə 16-30 iyun tarixlərində keçirilmiş fotomüsabiqənin qalibləri mükafat və diplomlarla təltif olunacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm