Qarpız əslində belə kəsilirmiş - VİDEO
Bizi izləyin

Mətbəx

Qarpız əslində belə kəsilirmiş - VİDEO

Qarpız yayın ən dadlı giləmeyvəsidir. Onun tərkibi su, fruktoza, saxaroza, mikroelementlər və təbii sellülozdan ibarətdir. Fruktoza qlükozadan fərqli olaraq, şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara mənfi təsir etmir.

Qarpızı “təbii sidikqovucu” adlandırırlar. O, insan orqanizmini daxildən sözün tam mənasında “yuyur” və bu səbəbdən ürək, damar və oynaq xəstəliklərindən əziyyət çəkən insanlara çox faydalıdır.

Qarpız şirəsi qaraciyərə orqanizmdən toksinləri yuyub aparmaqda kömək edir. Tumu isə bağırsaqları qurdlardan təmizləyir.

Bu meyvənin tərkibində olan maqnezium böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir və ödqovucu təsirə malikdir.

Qarpızda dəmir mikroelementi da var. Bu səbəbdən qarpız qanazlığından əziyyət çəkən insanlara yaxşı kömək edir.

Arıqlamaq istəyənlər qorxmayaraq qarpız yeyə bilərlər. Qarpızda kalori az olduğuna baxmayaraq, o, qısa zamanda insanda toxluq hissi yaradır.

Bütün bu yaxşı xüsusiyyətlərə baxmayaraq, düzgün seçilməmiş qarpız insanın səhhəti üçün əsl təhlükə ola bilər. Həmin təhlükə üçün isə qarpızın yetişdirilmə prosesində zəmin hazırlanır. Belə ki, nitrat tərkibli gübrələrdən tez-tez istifadə olunması nitratın meyvədə yığılması və insanların, xüsusən də, uşaqların zəhərlənməsi ilə nəticələnir.

Qarpız seçərkən nələrə diqqət etməli?

Yaxşı qarpız gün şüalarının altında parıldayır.

Qarpızın üzərində çatlar və əzilmiş yerlər olmamalıdır. Bu zədələnmiş yerlərdən qarpıza təhlükəli mikroblar daxil ola bilər və bu mikroblar insanlarda kəskin bağırsaq infeksiyaları törədə bilərlər.

Qarpızın sapı azca qurumuş olmalıdır, lakin tam quru olmamalıdır. Sapı olmayan qarpızı, ümumiyyətlə, almayın.

Qarpızın üzərində sarı ləkənin olması onu sübut edir ki, qarpız tam və təbii qaydalara uyğun yetişib. Əgər belə ləkə böyük olarsa, deməli, həmin qarpıza gün şüaları çatmayıb, bunun dadı da yaxşı olmayacaq.

Qarpız seçərkən orta ölçüdə (5-7 kq.) qarpızlara üstünlük verin.

Qarpızı evə gətirdikdən sonra suya salın. Yaxşı dəymiş qarpız suyun üzərində üzəcək, dəyməmiş isə batacaq.

Necə doğramalı?

Qarpız Azərbaycanda yetişən meyvə olsa da, çoxları onun düzgün kəsilmə qaydasından xəbərsizdir.

Publika.az qarpızın düzgün doğrama qaydasına aid videonu təqdim edir:

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm